CƏMİYYƏT


Bakı sakinini odlu silahla hədələyən şəxs saxlanılıb

Bakı, 26 aprel, AZƏRTAC 

Bakı sakinini odlu silahla hədələyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 25-də saat 12 radələrində Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları xidmət apardıqları Ş.Səmədov küçəsində evlərin birinin qarşısında iki nəfərin uca səslə mübahisə etdiyini görərək dərhal həmin şəxslərə yaxınlaşıblar.

Onlardan birinin digərini ov tüfəngi ilə hədələdiyini görən polis əməkdaşları həmin şəxsi saxlayaraq 34-cü Polis Şöbəsinə təhvil veriblər.

Araşdırmalarla onun Bakı şəhər sakini Ceyhun Quliyev olduğu müəyyən edilib. Ondan müvafiq sənədləri olan tüfəng götürülüb. Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.