MƏDƏNİYYƏT
Bakı vaxtı ilə gecə saat 00:00-da “Wiener Stadthalle” arenasında “Eurovision-2015” yarışmasının final şousu başlayacaq
Vyana, 23 may, AZƏRTAC
Mayın 24-nə keçən gecə saat 00:00-da “Wiener Stadthalle” arenasında “Eurovision-2015” mahnı müsabiqəsinin final şousu başlayacaq.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, yarışmanın final konsertinin açılışında qonaqlar maraqlı şounun şahidi olacaqlar. Altmışıncı “Eurovision” mahnı müsabiqəsində Sloveniya, Fransa, İsrail, Estoniya, Böyük Britaniya, Ermənistan, Litva, Serbiya, Norveç, İsveç, Kipr, Avstraliya, Belçika, Avstriya, Yunanıstan, Monteneqro, Almaniya, Polşa, Latviya, Rumıniya, İspaniya, Macarıstan, Gürcüstan, Azərbaycan, Rusiya, Albaniya, İtaliya təmsilçiləri səhnə şoularını təqdim edəcəklər.
Səsvermə üçün ayrılmış vaxtda səhnədə müsabiqənin təşkilatçıları tərəfindən hazırlanmış şou nümayiş olunacaq. Sonra səsvermənin nəticələri elan olunacaq. Daha sonra qalib ölkənin iştirakı ilə mətbuat konfransı keçiriləcək. Qaydalara əsasən qalib ölkə gələn il müsabiqəyə ev sahibliyi edəcək.
Anar Rzayev
AZƏRTAC-ın müxbiri
Vyana