Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bakıda ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyası çərçivəsində komitə iclasları və xüsusi müzakirə keçirilmişdir VİDEO

Bakı, 30 iyun (AZƏRTAC). Bakıda ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında iyirmi üçüncü illik sessiyası iyunun 29-30-da işini komitə iclasları və xüsusi müzakirə ilə davam etdirmişdir.

AZƏRTAC xəbər verir ki, sessiya iyunun 29-da siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitənin iclası ilə işə başlamışdır.

İclası komitənin sədr müavini, Milli Məclisin deputatı Azay Quliyev açaraq gündəlik barədə məlumat vermişdir.

Sonra Finlandiya parlamentinin deputatı Pia Kauma hazırladığı qətnamə layihəsinə dair məruzə ilə çıxış etmişdir. Layihədə ATƏT-ə üzv dövlətlərin sərhədlərinin pozulmamasının və Helsinki Yekun Aktında əksini tapan ərazi bütövlüyü prinsipinə əməl edilməsinin vacibliyi vurğulanmışdır. Həmçinin kibermüharibə və terrorizm kimi təhdidlərə qarşı mübarizənin, bu cür təhlükələrin qarşısının alınmasının zəruriliyi qeyd edilmişdir. Bundan əlavə, münaqişə regionlarında hər il çoxlu sayda insanın qətlə yetirilməsinə səbəb olan silahların qanunsuz ticarətinin qarşısının alınması üçün yeni tədbirlərin görülməsinə çağırış səsləndirilmişdir.    

Sonra məruzə ətrafında müzakirələr olmuşdur.

Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova regiondakı hərbi və siyasi problemlərin qətnamə layihəsində öz əksini tapdığını bildirmişdir. Bahar Muradova ölkələrin regionlarında keçirilən referendumlarla bağlı fikirlərini diqqətə çatdırmışdır. O demişdir: “Burada iştirak edənlər hər hansı ölkənin bir regionunda keçirilən referendumların həmin ölkənin konstitusiyası ilə uyğun gəlib-gəlməməsi məsələsinə ciddi diqqət yetirməli və bu barədə qanunların aliliyini rəhbər tutmalıdırlar. Hesab edirəm ki, bu bənd hamı tərəfindən dəstəklənəcəkdir. Çünki regionda baş verən hadisələr, həmçinin bu gün burada səsləndirilən fikirlər bu bəndin qətnamə layihəsinə əlavə olunmasını zəruri edir”.

Bahar Muradova bildirmişdir ki, 20 ildən artıqdır davam edən Dağlıq Qarabağ münaqişəsi məhz Azərbaycanın bu regionunda qeyri-qanuni keçirilən “referendum”, “parlament” və “prezident” seçkiləri nəticəsində mövcuddur. Erməni deputat buradakı çıxışında Dağlıq Qarabağı özünü ifadə etmiş “dövlət” kimi qələmə verməyə çalışır, hətta gülməli bir ifadə işlədərək onun demokratikliyini iddia edir. Dağlıq Qarabağa səfər edən həmkarlarımız bu regionun hansı vəziyyətdə olduğunu və orada çox kasıb, bütün imkanlardan məhrum insanların acınacaqlı şəraitdə yaşadıqlarını görürlər. “Dağlıq Qarabağ xalqı” deyilən bir məfhum yoxdur. Orada yalnız etnik ermənilər yaşayır. Biz onların bugünkü durumuna görə narahatlıq hissi keçiririk, çünki bu insanlar “böyük Ermənistan” ideyasının girovuna çevrilmişlər. Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri, xüsusilə Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının tribunasından, eləcə də ATƏT Parlament Assambleyasının plenar iclasının açılışında söylədiyi həqiqətləri eşitmək istəmir. Lakin həqiqət qəbul edilməlidir.

Milli Məclis sədrinin müavini İrəvanın tarixi Azərbaycan torpağı olduğunu xüsusi vurğulayaraq demişdir: “Mən bir daha təkrarlayıram ki, 1918-ci ildə müsəlman Şərqində yaradılan ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətinin ilk dekreti qonşu dövlətlərin göstərdikləri təzyiqlər nəticəsində İrəvanın ermənilərə bağışlanması olmuşdur. Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaranmasına heç vaxt imkan verilməyəcəkdir. Bunu hər kəs bilməlidir”.

Müzakirələrdə iştirak edənlər qətnamə layihəsi ilə bağlı fikirlərini bölüşmüş, müəyyən düzəlişlərin olunmasını təklif etmişlər.

X X X

İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitənin Qırğızıstanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Roza Aknazarovanın sədrliyi ilə keçirilən iclasında britaniyalı məruzəçi Roger Viliamsın müəllifi olduğu qətnamə layihəsi müzakirə edilmişdir.

R.Viliams çıxışında bəzi ölkələrin sabitliyinin və təhlükəsizliyinin iqtisadi çətinliklər ucbatından təhlükə altına düşə biləcəyini söyləmişdir. O, Avropanın bir sıra dövlətlərində bu məsələ ilə bağlı vəziyyətin hələ də çətin olaraq qaldığını bildirmişdir. İnfrastruktur layihələrinə investisiyaların qoyulmasının yeni iş yerlərinin açılmasına şərait yaradacağını qeyd edən məruzəçi, ətraf mühitlə bağlı məsələlərin həllində birgə əməkdaşlığın önəmini vurğulamışdır.

R.Viliams elmi tədqiqatların texnoloji sahələrdə tətbiq olunmasının əhəmiyyətini, həmçinin gender bərabərliyinin təmini, fiziki qüsurlu insanların cəmiyyətə inteqrasiyası istiqamətində daha çox iş görülməsinin zəruriliyini qeyd etmişdir.

Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Azərbaycanın regionda və dünyada sabitliyin, təhlükəsizliyin təmin edilməsi naminə əməkdaşlığın genişləndirilməsi istiqamətində konkret işlər gördüyünü bildirmişdir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfələr verdiyini söyləyən E.İbrahimov ölkəmizdə aparılan aqrar islahatların davamlı inkişaf üçün əlverişli şərait yaratdığını diqqətə çatdırmışdır. Azərbaycanda ərzaq təhlükəsizliyinin tam təmin edildiyini vurğulayan E.İbrahimov son on ildə ölkəmizdə həyata keçirilən uğurlu islahatlardan, xüsusilə iqtisadi tərəqqidən danışmışdır.

Portuqaliyanın ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü xanım Nilza Sena iqtisadiyyat, ətraf mühitlə bağlı problemlərin həllində, beynəlxalq təhlükəsizliyin təminində ATƏT-in rolunu qeyd etmişdir.

Sonra Avrasiya məkanında inteqrasiya prosesləri, ATƏT-in dialoq üçün əlverişli məkan kimi rolu, təşkilatın qeyri-qanuni miqrasiya ilə mübarizədə BMT və Avropa Şurası ilə birgə əməkdaşlığı, qlobal istiləşmənin qarşısının alınması üçün görülən işlər, iqtisadi artımın, eləcə də sabitliyin təminində təhsilin önəmi barədə müzakirələr aparılmışdır.

X X X

Daha sonra demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitənin iclası keçirilmişdir.

İclası açan komitənin sədri, portuqaliyalı deputat İsabel Santos gündəlik barədə məlumat vermişdir.

Serbiya parlamentinin deputatı Qordina Komiç müzakirə olunacaq qətnamə layihəsi ilə bağlı məruzə etmişdir. Bildirilmişdir ki, qətnamənin qəbul edilməsi “Helsinki+40” prosesinin daha səmərəli işləməsi baxımından önəmlidir.

Sonra qətnamə layihəsi ilə bağlı müzakirələr aparılmışdır.

Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova demişdir ki, insanların öz ölkələrində təhlükəsiz şəraitdə yaşamaları çox önəmlidir. Artıq uzun illərdir ki, biz bu məsələləri müzakirə edirik. Həm bir ölkədən digər ölkəyə gedən miqrantlar, həm də öz ölkəsində qaçqın və məcburi köçkün şəraitində yaşayan insanlarla bağlı məsələlər ATƏT-də bir neçə dəfə müzakirə olunmuşdur. Bu gün bu məsələnin bir daha müzakirəyə çıxarılması çox önəmlidir. On ildən artıqdır ki, müzakirə edilsə də, indiyədək Avropa, ATƏT məkanında bu məsələnin öz həllini tapmaması təəssüf doğurur.

Diqqətə çatdırılmışdır ki, bu gün Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün yaşayır. Azərbaycan öz ərazisinin 20 faizini işğal edən ermənilərin həmin torpaqlardan çıxarılması üçün dəfələrlə müraciətlər etmişdir. Erməni silahlı qüvvələri Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmayınca ölkədə miqrant problemi həll olunmayacaqdır. Əgər təhlükəsizliyin təmini istiqamətdə heç bir addım atılmayacaqsa, necə deyə bilərik ki, biz Helsinki sənədlərinə sadiqliyimizi sübut edirik?! Əgər Avropadakı, dünyadakı miqrantlar haqqında danışırıqsa, Azərbaycandakı qaçqın və məcburi köçkünlərdən də danışılmalıdır.

Müzakirələrdə qətnamə layihəsi ilə bağlı çıxış edənlər təklif və qeydlərini səsləndirmişlər.

X X X

Daha sonra sessiya çərçivəsində “Ekstremizm, radikalizm və ksenofobiyanın artması: ATƏT regionu üçün çağırış” mövzusunda xüsusi müzakirə keçirilmişdir.

ATƏT Parlament Assambleyasının prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiç ekstremizm, radikalizm və ksenofobiyanın region və bütün dünya üçün yaratdığı təhlükədən danışmışdır. O, quruma üzv ölkələrin bu problemlərlə mübarizə istiqamətində daha sıx əməkdaşlığının zəruriliyini vurğulamışdır. Hazırda ekstremizmin nəzarətdən çıxdığını bildirən ATƏT Parlament Assambleyasının prezidenti bu problemin aradan qaldırılması üçün qarşılıqlı etimad və anlaşmanın, dialoqun vacibliyini qeyd etmişdir.

Ranko Krivokapiç bildirmişdir ki, Avropada hökm sürən iqtisadi böhran regionun inkişafına da ciddi təsir edir. Cəmiyyətdə sabitlik pozulduqda ekstremizm halları güclənə bilər. Məsuliyyətsiz iqtisadi qərarlar insan həyatının bütün fəaliyyət sahələrinə mənfi təsir göstərir. Bu problemlə mübarizədə təbii ki, təhsil, əhalinin maarifləndirilməsi də çox önəmli rol oynayır. O, həmçinin vurğulamışdır ki, tolerantlıq, dözümlülük hər bir ölkə, hər bir cəmiyyət üçün sabitlik, mehriban birgəyaşayış baxımından çox vacibdir.

Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, türkiyəli deputat Emin Önəm və başqaları çıxış edərək, ekstremizm və radikalizimin qlobal şəkildə ciddi bir problem olduğunu söyləmişlər. ATƏT-ə daxil olan ölkələrin ekstremizm və ksenofobiyaya qarşı mübarizə ilə bağlı bir çox sənədlər qəbul etməsinə baxmayaraq, bu bəlanın qarşısının alınmasında çətinliklərin olduğu diqqətə çatdırılmışdır. Həmçinin ksenofobiya və ekstremizmə qarşı mübarizədə vətəndaş cəmiyyəti institutları tərəfindən görülən işlərə dəstəyin artırılmasının, bu istiqamətdə ATƏT-ə üzv ölkələrin əməkdaşlığının gücləndirilməsinin vacibliyi vurğulanmışdır.

Çıxış edənlər Azərbaycandakı mövcud tolerantlığın dünya dövlətləri üçün nümunə olduğunu söyləmişlər.

İyunun 30-da ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyası çərçivəsində siyasi məsələlər və təhlükəsizlik, iqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit, demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitələrin iclasları təqdim edilən qətnamə layihələrinin müzakirəsi ilə davam etmişdir.

Siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitənin iclasında Finlandiya parlamentinin deputatı Pia Kaumanın müəllifi olduğu qətnamə layihəsinin müzakirəsi zamanı isveçli deputat xanım Asa Lindestam layihədə “böhran” ifadəsinin işlədilməsinin vacibliyini qeyd etmişdir.

Kanadalı deputat Cislain Maltes münaqişələrin dinc yolla həll olunmasının, fundamental hüquqlara hörmət edilməsinin, din, söz, ifadə və digər azadlıqlara insan hüquqları kontekstində baxılmasının önəmini vurğulamışdır.

Qırğızıstan nümayəndəsi Çunubay Tursunbekov ATƏT-in münaqişələrin həlli üçün əhəmiyyətli platforma olduğunu diqqətə çatdırmış, problemlərin həllində danışıqların ikitərəfli və çoxtərəfli formatda davam etdirilməsinin əhəmiyyətini vurğulamışdır.

Digər çıxış edənlər mülki vətəndaşlara qarşı silahların tətbiq edilməsinin qarşısının alınması, münaqişələr zamanı insanların müdafiəsinin zəruriliyi, Avropa İttifaqının üzvü olmayan ölkələr üçün kibertəhlükəsizliklə bağlı strategiyanın təmini, təhlükəsizlik və etimad quruculuğuna dair məsələlərin qətnamədə əks olunmasını təklif etmişlər.

İclasda ATƏT regionunda vasitəçilik potensialının inkişafı, sülhün bərqərar olunması proseslərində təşkilatın rolu, Cənub-Şərqi Avropada regional əməkdaşlıq, terrorizmlə mübarizə, münaqişələrin yenidən alovlanmasının qarşısının alınması, ATƏT-in Əfqanıstan ilə gələcək əlaqələri haqqında müzakirələr aparılmışdır. Terrorizmin bütün formalarına qarşı mübarizənin gücləndirilməsinin zəruriliyi vurğulanmışdır.

 

X X X

İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitənin iclasında məruzəçi Roger Viliamsın hazırladığı qətnamə layihəsinə təklif edilən 21 düzəlişlə bağlı müzakirələr aparılmışdır. Düzəlişlərdə əsasən gender bərabərliyi, ətraf mühit, iqtisadi tərəqqi, bir sıra ölkələrdə iş şəraitinin yaxşılaşdırılması, dövlətlərin əmək bazarı siyasətinə daha çox diqqət yetirmələri, enerji təhlükəsizliyinin təmin edilməsi, xüsusi ehtiyatların qorunması, ərzaq məhsullarında tullantıların azaldılması, elmi texnologiyaların tətbiqi və s. məsələlər əksini tapmışdır.

İclasda Belarusun ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Viktor Quminskinin müəllifi olduğu “ATƏT regionunda sosial-iqtisadi hüquqların qorunması və inkişaf etdirilməsi” qətnamə layihəsinə edilən düzəlişlərlə bağlı fikir mübadiləsi aparılmışdır. Qətnamə layihəsində ATƏT-ə üzv ölkələrin hökumətləri, parlamentləri, özəl sektorları, vətəndaş cəmiyyətləri ilə birgə əməkdaşlıqla minilliyin məqsədlərinə çatmaq üçün yolların axtarılması və 2015-ci ildən sonrakı dövrü əhatə edəcək inkişaf istiqamətini formalaşdırmaqla bağlı çağırış əksini tapmışdır. Sənəddə, həmçinin sosial şəraitin yaxşılaşdırılması, əhalinin əsas qrupunun hüquqlarının qorunması ilə bağlı məqsədyönlü fəaliyyət, sosial məhdudiyyətlərin aradan qaldırılması, sosial hüquq bazasına çıxış məsələləri də yer almışdır.

İştirakçılar müəllifi Almaniyanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Dorris Bargnet olan “Etimad və qarşılıqlı yaşamaq regionu: ATƏT-in 40 illiyi” qətnamə layihəsinə düzəlişləri də müzakirə etmişlər. Sənəddə ATƏT PA-nın gələcəyi ilə bağlı konfransın keçirilməsinin zəruriliyi vurğulanmışdır.

Sonra İsveçrənin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Andreas Ebinin ATƏT regionunda məhdud su ehtiyatları ilə bağlı hazırladığı qətnamə layihəsi müzakirə edilmişdir.

A.Ebi Avropa ölkələrinin qida məhsullarının təmin edilməsi ilə bağlı müəyyən çətinliklərlə qarşılaşdığını, bu problemin getdikcə siyasi təhlükəsizliyə də təsir etdiyini diqqətə çatdırmışdır. Əhalinin sayının artdığını, su ehtiyatlarının isə azaldığını bildirən A.Ebi bunun gələcəkdə ciddi problemlər yarada biləcəyini söyləmişdir.

İclasda bazarlara çıxışın əldə edilməsində birgə fəaliyyət, ekologiyaya mənfi təsir edən amillərin aradan qaldırılması, Aralıq dənizi regionu ölkələrində ticarət sahəsində yeni uğurların əldə edilməsi və s. məsələlər ətrafında müzakirələr aparılmışdır.

Səsvermə nəticəsində Roza Aknazarova ATƏT PA-nın 2015-ci il üçün iqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitəsinin sədri, portuqaliyalı deputat Nilza Sena sədr müavini, xanım Marieta Tidei isə məruzəçi seçilmişlər.

 

X X X

İnsan hüquqları və humanitar məsələlərlə bağlı ümumi komitənin iclasında məruzəçi xanım Qordina Komiçin müəllifi olduğu qətnamə layihəsinə edilən 45 düzəlişlə bağlı fikir mübadiləsi aparılmışdır.

Düzəlişlərdə ATƏT regionunda irqçilik və ksenofobiya hallarının artması, bəzi Avropa dövlətlərində insan hüquqlarının pozulması, məcburi köçkünlərin təhlükəsiz şəkildə öz yurdlarına qayıtmalarının təmin edilməsi, insan alverinə qarşı mübarizədə ATƏT tərəfindən görülən işlər, iştirakçı dövlətlərdə heç bir ayrı-seçkilik olmadan hər kəsə tibbi xidmətlərin göstərilməsi, ayrı-ayrı ölkələrin iqtisadi və sosial sahələrdə islahatlar həyata keçirmələri ilə bağlı məsələlər əksini tapmışdır.

Həmçinin kompleks miqrasiya islahatları, ATƏT regionunda mədəni mülkiyyətin qorunması, təşkilata üzv ölkələrdə qaçqınların vəziyyəti və digər məsələlərlə bağlı düzəlişlərin olunması təklif edilmişdir. Universallıq prinsipi əsas götürülərək insan hüquqlarının təmin edilməsinin vacibliyi vurğulanmışdır. Bu prinsipə məhəl qoyulmamasının dövlətlərarası münasibətlərin pozulmasına səbəb ola biləcəyi diqqətə çatdırılmışdır. Həmçinin xalqlar arasında mehriban münasibətin təşviqinin əsas şərt olduğu qeyd edilmişdir.

Müzakirələr zamanı inteqrasiya proseslərinin Avrasiya məkanına təsiri, ATƏT regionunda təhlükəsizliyin, qarşılıqlı etimadın təmini, iqtisadi artım, eləcə də sabitliyin bərpa olunmasında təhsilin önəmi ilə bağlı fikirlər səsləndirilmişdir.

İştirakçılar iqtisadi böhrandan əziyyət çəkən dövlətlərin problemləri, miqrasiya zamanı yaranan çətinliklər, işgəncələrin qarşısının alınması, ATƏT-in fəaliyyətində tarazlığın saxlanılması, inzibati tədbirlərdən sui-istifadə hallarına qarşı mübarizə, beynəlxalq hüququn əsas prinsipləri və s. mövzularla bağlı müzakirələr aparmışlar.

Komitə iclaslarında müzakirə olunan bütün qətnamə layihələri səsə qoyularaq qəbul edilmişdir.

Bakıda ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyası çərçivəsində komitə iclasları və xüsusi müzakirə keçirilmişdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq