CƏMİYYƏT


Bakıda “AccessBank”ın baş ofisində tüstülənmə olub

Bakı, 11 aprel, AZƏRTAC 

Aprelin 11-də saat 14:00 radələrində “AccessBank”ın Tbilisi prospekti - 3 ünvanında yerləşən baş ofisində tüstülənmə olub.

Bankdan AZƏRTAC-a bildiriblər ki, tüstülənməyə səbəb texniki otaqdakı elektrik naqillərində qısaqapanmanın baş verməsidir. Təlimata uyğun olaraq, bankın əməkdaşları dərhal təxliyə olunub. Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin “qaynar xətti”nə məlumat verilib.

Təhlükəsizlik təlimatına əsasən, hadisə yerinə Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları da çağırılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, tüstülənmənin qarşısının alınmasında iştirak edən 5 nəfərə ilkin tibbi yardım göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.