İQTİSADİYYAT


Bakıda Azərbaycan-Qara Dəniz Ticarət və İnkişaf Bankı biznes forumu keçirilir

Bakı, 24 iyun, AZƏRTAC

İyunun 24-də Bakıda Azərbaycan-Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTIB) biznes forumu keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə maliyyə naziri Samir Şərifov, iqtisadiyyat nazirinin müavini Elnur Əliyev, Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti Dimitri Pankin özəl sektorun nümayəndələri və digər rəsmi şəxslər iştirak edirlər.

İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə keçirilən biznes forumu “Dəyişən dünyada Azərbaycanın şaxələndirilmiş və innovativ iqtisadiyyatının dəstəklənməsində QDTİB-in rolu” mövzusuna həsr olunub.

Forumda Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dair müzakirələr aparılacaq, biznes və investisiya mühitinə dair təqdimat keçiriləcək, iş adamları arasında görüşlər təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.