Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bakıda Azərbaycan jurnalistlərinin VI qurultayı keçirilmişdirVİDEO

Bakı, 11 iyul (AZƏRTAC). İyulun 11-də Bakıda Azərbaycan jurnalistlərinin VI qurultayı keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, qurultayın əvvəlində Azərbaycan Respublikasının dövlət himni səslənmişdir.

İştirakçılar ötən qurultaydan keçən dövr ərzində dünyasını dəyişmiş jurnalistlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Tədbiri Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov açaraq qurultayın sədarətinin, katibliyinin, say və mandat komissiyalarının yaradılması barədə təklif irəli sürmüş və müvafiq komissiyaların üzvləri müəyyənləşdirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxumuşdur (Məktubun mətni qəzetin bugünkü nömrəsində dərc olunur).

Qurultay “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin sədrliyi ilə işini davam etdirmişdir.

Azərbaycan jurnalistlərinin V qurultayından ötən dövrdə Mətbuat Şurası tərəfindən görülmüş işlərlə bağlı Əflatun Amaşovun hesabat məruzəsi dinlənilmişdir.

Bu müddət ərzində əldə olunan nailiyyətlər, mövcud problemlər və onların həlli yollarından danışan MŞ-nin sədri bildirmişdir ki, Azərbaycan jurnalistlərinin V qurultayından bu günədək MŞ-yə ümumilikdə 2871 müraciət daxil olmuşdur. Bunlardan 2143-ü kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətdir. İlkin mərhələdə baxılan 2871 məsələdən 1399-u katiblikdə həllini tapmış, tərəflər arasında anlaşma əldə olunmuşdur. Digər 744 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün şuranın müvafiq komissiyalarına təqdim edilmişdir.

Ə.Amaşov bildirmişdir ki, 2008-ci ildə adları “qara siyahı”ya salınan qəzet və jurnalların sayı 36 olduğu halda, 2009-cu ildə bu rəqəm 94-ə, 2010-cu ildə isə 110-a çatmışdır.

Şura sədri qeyd etmişdir ki, MŞ etik prinsiplərə hörmətsiz yanaşan, peşə fəaliyyəti İlə bir araya sığmayan hallara mütəmadi yol verən mətbu orqanlarla bağlı məsələləri yalnız onların adlarının “qara siyahı”ya salınması ilə yetərli saymamışdır. Şuranın tərkibində yaradılan “Apellyasiya qrupu”nun apardığı araşdırmalar əsasında düz yola qayıtmaq istəyənlərin müraciətlərinə baxılmışdır. Milli mətbuatımızın 135 illik yubileyi münasibətilə “qara siyahı”dan 26 qəzet və jurnalın adının çıxarılması barədə qərar qəbul edilmişdir. Sonrakı illərdə daha 14 qəzet siyahıdan çıxarılmışdır. Hazırda “qara siyahı”da 84 KİV-in adı yer almışdır.

Ə.Amaşov bildirmişdir ki, indiki dövrdə Azərbaycanda praktiki olaraq heç bir jurnalist yazısına görə azadlıqdan məhrum edilmir. Ancaq biz yazdığımız yazıya görə azadlıqdan məhrum edilə bilmə ehtimalının nəzəri aspektlərindən də uzaqlaşmalıyıq. Ümid edirəm ki, məsələ tezliklə müsbət həllini tapacaqdır.

Şura sədri qeyd etmişdir kİ, Azərbaycanda “Diffamasiya haqqında” qanunun olması zərurəti istər ictimai, istərsə də rəsmi səviyyədə kifayət qədər dərk edilir. Lakin müzakirələrdə cəmiyyətin qanunun qəbuluna hazır olmadığı ilə bağlı fikirlər də səslənir. Əksini iddia edənlər də vardır. Mövcud durumda hər iki qütbün düşüncələrinin geniş və sistemli şəkildə ifadə olunmasına, onların bütövlükdə cəmiyyətin mənafeləri nöqteyi-nəzərindən uzlaşdırılmasına ehtiyac duyulur.

Bildirilmişdir ki, “Diffamasiyadan müdafiə haqqında” qanun layihəsi ətrafında gedən müzakirələr onun beynəlxalq standartlara cavab verməsi barədə rəy yaratmışdır. Şura sədrinin fikrincə, həmin layihə hazırda müvafiq qurumlarda araşdırılmaqdadır. O, daha sonra demişdir: “Demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycanda bu yolda başlıca dəyər olan söz və ifadə azadlığı üçün hətta nəzəri maneə belə olmamalıdır. Bu cəhətdən diffamasiyanın cinayət müstəvisindən mülki müstəviyə keçirilməsi jurnalistikamız üçün prinsipial əhəmiyyət daşımaqdadır. Yəni, diffamasiya bizim üçün gedilməsi vacib olan yoldur”.

Sonra MŞ-nin nəzarət-təftiş komissiyasının hesabatı dinlənilmişdir. Komissiyanın sədri Qadir İbrahimlinin hesabatı, ümumilikdə, mətbuatın ümumi problemləri və təşkilati məsələləri əhatə etmişdir.

Qurultayda çıxış edən Bakı Dövlət Universitetinin (BDU) professoru Şirməmməd Hüseynov qeyd etmişdir ki, hər bir dövlətdə hakimiyyətin üç əsas qolu cəmiyyət qarşısında nə dərəcədə məsuliyyət daşıyırsa, dördüncü hakimiyyətin nümayəndələri olan jurnalistlər də bir o qədər məsuliyyət daşıyırlar. “Bu Vətən də bizimdir, bu millət də bizimdir, bu dövlət də bizimdir. Bizim əsas işimiz dövləti, milləti, Vətəni yaşatmaqdır”, - deyə o vurğulamışdır. Ş.Hüseynov qeyd etmişdir ki, hazırda Azərbaycana sosial məsuliyyəti öhdəsinə götürən jurnalist ordusu lazımdır.

Daha sonra “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov çıxış edərək bildirmişdir ki, bu il avqustun 6-da ulu öndər Heydər Əliyev tərəfindən mətbuat üzərində senzuranın ləğvinin 15 ili tamam olur. Azərbaycan tarixində indiki qədər mətbu orqan olmamışdır. Bu da ölkədə mətbuatın inkişafı üçün yaradılan şəraitin nəticəsidir.

B.Sadıqov demişdir ki, Mətbuat Şurası Azərbaycanda söz və mətbuat azadlığının inkişafına xidmət edən qərarlar qəbul etmiş, bu iş ictimaiyyət və mətbuat, dövlət-media münasibətlərinin tənzimlənməsində özünü göstərmişdir.

Qurultayda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirmişdir ki, cəmiyyətdə bəziləri ölkədə yaxşı nə varsa öz adına çıxmağa çalışır, pis olanları isə dövlətə aid edirlər. Bəzən hakimiyyəti tənqid etmək əvəzinə, dövləti tənqid edirlər, hakimiyyətə qarşı mübarizə aparmaq fonunda dövlətə qarşı mübarizə aparırlar.

Prezident Administrasiyasının şöbə müdiri bildirmişdir ki, Azərbaycanda vaxtilə fəaliyyət göstərmiş diplomatlar olmuşdur. Onların hamısı, əlbəttə ki, diplomat deyildir. Həmin şəxslərin arasında xüsusi xidmət orqanlarının nümayəndələri, ayrı-ayrı məqsədlərlə Azərbaycana gələn insanlar da vardır. Onlardan bəziləri diplomatik missiyasını başa vurandan, yaxud hansısa səbəblərdən yarımçıq uzaqlaşdırıldıqdan sonra hüquq müdafiə təşkilatlarının üzvü kimi fəaliyyətlərini davam etdirirlər. Ə.Həsənov bəzi yerli qəzetlərin səhifələrində həmin adamların yazılarının dərc edildiyini diqqətə çatdırmışdır. Həmin adamların antiazərbaycan fəaliyyəti olduğu kimi, bir az da şişirdilərək qəzetlərimizin səhifəsində də dərc edilir. Ə.Həsənov qeyd etmişdir ki, belə addımlar iqtidarla yanaşı, birbaşa dövlətə qarşı da yönəlir.

O bildirmişdir ki, jurnalistin ilk vəzifəsi insanları məlumatla təmin etməkdir. Amma jurnalist, eyni zamanda, bir ölkənin vətəndaşı, sosial təbəqənin nümayəndəsidir. Məgər biz peşəmizi milli dəyərlərimizdən üstünmü tutmalıyıq? Təəssüflər olsun ki, Azərbaycan jurnalistikasında çatışmayan cəhətlərdən biri də hakimiyyətlə dövlətin maraqlarının bir-birindən ayırd edilməməsidir. Bunun nəticəsi olaraq erməni mətbuatı bizim qəzetlərin yazılarını sadəcə tərcümə edərək dünyaya yayır.

Əli Həsənov bildirmişdir ki, dövlətin Azərbaycan jurnalistikasından gözləntisi vardır: “Hökuməti, icra strukturlarını, məmurların fəaliyyətini tənqid etmək olar. Dəfələrlə ölkə Prezidenti məmurları müxalifət mətbuatından da sərt tənqid etmişdir. Amma Azərbaycan Prezidenti bütün addımlarında dövlətin maraqlarından çıxış edir, onu rəhbər tutur. Buna görə də jurnalistlər vətənpərvərlik hissini, məsuliyyətlərini unutmamalıdırlar”.

Prezident Administrasiyasının şöbə müdiri vurğulamışdır ki, bizim hakimiyyət daim mediaya hörmətlə yanaşmışdır və bu gün də Azərbaycan jurnalistlərinə hörmət və ehtiramımızı izhar edirik. Əlbəttə, bizim də səhvlərimiz ola bilər, bizi də tənqid edirlər. Amma bir faktı qeyd edim ki, Azərbaycan mediasına bu qədər müsbət yanaşan ikinci hakimiyyət olmamışdır. Bizi əvəz etməyə çalışanların açıqlamalarında da mediaya münasibətin daha yaxşı olacağı inandırıcı görünmür.

Şöbə müdiri Əli Həsənov demişdir ki, 1998-ci il avqustun 6-da ümummilli lider Heydər Əliyev Azərbaycan mediasında sözün həqiqi mənasında tarix yazdı. Media üzərindən bütün dövlət tənzimləmə mexanizmlərini aradan qaldırdı. O, Mətbuat və İnformasiya Nazirliyini ləğv etdi və bugünkü Mətbuat Şurasının fəaliyyəti üçün rəvac verdi. Prezident İlham Əliyev isə Azərbaycan mediasına dövlət dəstəyini şəffaflaşdırdı və qanuniləşdirdi. 2008-ci ilə qədər də mediaya dəstək var idi, amma bu dəstək qeyri-şəffaf xarakter daşıyırdı.

Ə.Həsənov bildirmişdir ki, 2008-ci ildə qəbul olunan KİV-lərin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası və onun əsasında yaradılan KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu medianın inkişafına xidmət edir. O demişdir: “Bu gün də Azərbaycan dövlətinin media siyasətinin əsas mahiyyəti azad medianın dairəsini getdikcə genişləndirmək, onu siyasiləşməkdən çəkindirmək, kiminsə siyasi iddialarında vasitə olmasına imkan verməməkdən ibarətdir. Medianın konsepsiyası abad və firavan Vətən, nizam-intizamlı hökumət, dövlətin və hər bir vətəndaşının maraqlarının qorunması prinsipləri üzərində qurulmalıdır. Eyni zamanda, cəmiyyətin maraqlarını da qorumaq lazımdır”.

Mətbuat Şurasının fəaliyyətindən danışan Ə.Həsənov bildirmişdir ki, Şura bütün ölkə mətbuatının seçimi əsasında formalaşan yeganə seçkili qurumdur: “Biz də, mətbuat da, cəmiyyət də bu qurumu tanıyır. Jurnalistlərlə bağlı qərarları mətbuatı təmsil edən şura üzvləri verir, dövlət olaraq biz də buna sayğı ilə yanaşırıq. Dövlət də Mətbuat Şurasının müraciət etdiyi bütün məsələlərə diqqətlə yanaşır. Məsələn, dünən jurnalist Nicat Dağların səhhətindəki problemlə bağlı MŞ-nin müraciəti dərhal diqqətə alınmış və cənab Prezidentin tapşırığı ilə müsbət həll edilmişdir. Bundan başqa, dəfələrlə həbsdə olan, problemlərlə qarşılaşan jurnalistlərin müraciətləri müsbət həll olunmuşdur. Çoxlu sayda məhkəmə proseslərinin qarşısı alınmışdır. Əgər bir quruma hesabat dövründə 3000-dən çox müraciət daxil olubsa, deməli, bu təşkilat fəaliyyət göstərir və cəmiyyətdə öz yerini tutmuşdur”.

 Mətbuat Şurasının səyi ilə artıq reket medianın fəaliyyət dairəsinin daraldığını bildirən Ə.Həsənov demişdir: “Əvvəllər müstəqil mətbuatın sayı həddən artıq az idisə, indi reket medianın sayı ciddi şəkildə azalmışdır. Artıq reket mediaya Azərbaycan cəmiyyətində meydan yoxdur. Jurnalistlərə paylanacaq mənzillərin heç biri reket  jurnalistlərə verilməyəcəkdir. Belə şəxslər siyahıya düşə də bilməz. Çünki MŞ-nin bu sahədə nüfuzu qorunmalıdır”.

Jurnalistlər üçün inşa edilmiş binada mənzillərin paylanması ilə bağlı Əli Həsənov demişdir ki, bu binadan ən çox haqqı, xidməti olan jurnalistlər növbəlik əsasında ev alacaqlar. Bu evlərin sizlərə cənab Prezident tərəfindən verilməsi peşənizə məsuliyyətli olmaqdan başqa, üzərinizə heç bir digər öhdəlik qoymur. Ev verdiyimiz jurnalistdən tələb olunmayacaq ki, sizə mənzil verildiyinə görə hakimiyyəti tərifləyin, müxalifəti pisləyin. Jurnalist missiyasını sizə biz verməmişik və biz də müəyyən etmirik. Biz hakimiyyət olaraq medianın inkişafına hər cür dəstək verəcəyik, amma hər şey sizin özünüzdən asılıdır. Cənab Prezidentin bu xoş missiyası da jurnalistikamızın inkişafı və media işçilərinin sosial şəraitinin yaxşılaşdırılmasına xidmət edir”.

Qurultay işini müzakirələrlə davam etdirmişdir.

Sonra Azərbaycan jurnalistlərinin VI qurultayının iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti oxunmuşdur (Müraciət qəzetin bugünkü nömrəsində dərc olunur).

Azərbaycan jurnalistlərinin VI qurultayı nümayəndələrinin yekdil səsverməsi nəticəsində Əflatun Amaşov yenidən Azərbaycan Mətbuat Şurasının sədri seçilmişdir.

Bundan əlavə, qurultayda səs çoxluğu ilə “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na və “Azərbaycan Mətbuat Şurasının Nizamnaməsi”nə əlavə və dəyişikliklər də edilmişdir. Dəyişikliklərə əsasən, qurum indiyədək təkcə qəzet, jurnal və informasiya agentlikləri ilə bağlı şikayətləri araşdırırdısa, bundan sonra internet media vasitələrinin fəaliyyətindəki narazılıq doğuran məqamları da ətraflı nəzərdən keçirəcəkdir.

Qurultayda MŞ-nin 17 həqiqi və 5 ehtiyat üzvdən ibarət yeni idarə heyəti seçilmişdir. Həqiqi üzvlərin 8-i mətbu nəşrləri, 3-ü internet xəbər portallarını, 6-sı isə ictimaiyyəti təmsil edirlər. Ehtiyat üzvlərdən 2-si mətbu nəşrlərdən, 1-i internet xəbər portallarından, 2-si isə ictimaiyyətdən olmuşdur.

 

Bakıda Azərbaycan jurnalistlərinin VI qurultayı keçirilmişdirVİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY