MƏDƏNİYYƏT


Bakıda Beynəlxalq Folklor-Rəqs Festivalının açılışı olub

Bakı, 23 iyul, AZƏRTAC

İyulun 23-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və “Riad pro”nun təşkilatçılığı ilə “Uşaqlar gələcəyimizdir” devizi altında ilk Beynəlxalq Folklor-Rəqs Festivalının açılışı olub. Festivalın keçirilməsində əsas məqsəd uşaq-gənclər folklor yaradıcılığının inkişafı, xalqlar arasında mədəniyyət və dostluq körpülərinin qurulmasıdır.

AZƏRTAC xəbər verir ki, tədbirin açılışında “Aysel” və “Cahan” (Azərbaycan), “Vardiza” (Gürcüstan) və “Bobby dance academy” (Hindistan) rəqs kollektivləri rəngarəng və maraqlı rəqs nömrələri təqdim ediblər. Rüstəm Zeynallının idarəçiliyi ilə “Şeron” qrupunun çıxışı ilə gecəyə yekun vurulub.

Qonaqpərvərliyə görə təşəkkürünü bildirən qonaqlar Bakının gözəlliyinə valeh olduqlarını bildirib, festivalın yüksək səviyyədə təşkilindən razılıq ifadə edib, bir-birinə milli suvenirlər bağışlayıblar.

Festivalın iştirakçılarına xatirə plaketləri təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.