CƏMİYYƏT


Bakıda Çərçivə Konvensiyasının VI Tərəflər Konfransına hazırlıq komitəsinin görüşü keçirilir

Bakı, 16 sentyabr, AZƏRTAC 

Bakıda Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının VI Tərəflər Konfransına hazırlıq komitəsinin görüşü keçirilir.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə məlumat verib.

Şöbə müdirinin sözlərinə görə, tədbirin keçirilməsində məqsəd noyabrın 6-dan 8-dək Bakıda keçiriləcək Konvensiyanın Tərəflər Konfransına sənədlərin razılaşdırılması və təqdim edilməsi üçün hazırlanmasıdır: “Konvensiyanın tərəfləri, yəni bütün 5 Xəzəryanı ölkənin səlahiyyətli nümayəndələri bu tədbirdə iştirak edirlər. Tədbir 5 gün ərzində davam edəcək. Konvensiyanın məqsədi Xəzər dənizinin ətraf mühitinin və biomüxtəlifliyinin mühafizəsi, dənizin çirklənmədən qorunması və s. istiqamətlərdə Xəzəryanı ölkələrin əməkdaşlıq çərçivəsini müəyyən edir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.