Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda “Dayanıqlı İnkişaf və Korporativ Sosial Məsuliyyət üzrə Birinci Azərbaycan Beynəlxalq konfransı” keçirilib VİDEO

Bakı, 15 oktyabr, Elvin Camalov, Nihat Budaqov, AZƏRTAC

Oktyabrın 15-də Bakıda birinci Azərbaycan Dayanıqlı İnkişaf və Korporativ Sosial Məsuliyyət (Baku CSR Conference-2015) üzrə konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, “Davamlı inkişaf. Konsepsiya, qlobal trendlər, standartlar” adlı plenar sessiyada çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib ki, qloballaşan müasir cəmiyyətin qarşısında duran əsas hədəflərdən biri sosial-iqtisadi inkişafın yaxşılaşdırılması, ekoloji problemlərin həll olunması və gözlənilən böhranlarda qorunması məqsədilə davamlı inkişafın təmin edilməsidir.

S.Qasımov qeyd edib ki, bu konfrans Azərbaycanda iqtisadiyyatın səmərəliliyinin yüksəldilməsi, ətraf mühitin qorunması və sosial məsuliyyətin artırılması məsələlərinin əsas vəzifə olduğunu bir daha ifadə edir. Azərbaycan hökumətinin yoxsulluqla mübarizə, resursların əhali arasında bərabər və ədalətli bölüşdürülməsi, təbii resursların səmərəli istifadəsi, ümumilikdə davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədilə qarşıya qoyduğu və müvəffəqiyyətlə həyata keçirdiyi mühüm işlər ölkə iqtisadiyyatının hərtərəfli şaxələndirilmiş inkişafını nəzərdə tutur. Bu gün neft sektorundan əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi hesabına ölkə iqtisadiyyatının bütün sahələrinin davamlı inkişafı başlıca hədəf kimi götürülür.

Plenar sessiyada “Kaleidoscope Futures|CSR International”ın qurucusu və direktoru Veyn Visserin “Davamlı sahələr: Biznes, liderlik və innovasiya sayəsində əsaslı dəyişikliklər” adlı məruzəsi dinlənilib.

Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov isə “Davamlı inkişaf naminə səmərəli idarəetmə: Azərbaycan Respublikasının nailiyyətləri beynəlxalq təşkilatların hesabatlarında” mövzusunda məruzə ilə çıxış edib. Akademik qeyd edib ki, BMT və UNESCO 2005-2014-cü illəri davamlı insan inkişafı sahəsində tədris ili elan edib və xüsusi fənnin tədris olunmasını təklif etmişdilər. Azərbaycanda isə bu proses ulu öndər Heydər Əliyevin təsdiq etdiyi təhsil strategiyasına görə 2000-ci ildən başlayıb. 2003-cü ildə isə Azərbaycanın Təhsil Nazirliyi orta məktəblər üçün dünyada ilk dəfə davamlı insan inkişafına həsr olunan dərs vəsaitini dərc edib. Bu təşəbbüs BMT-nin baş qərargahında bütün dünyaya Azərbaycanın innovativ ideya və fəaliyyəti kimi tanıdılıb.

Konfrans paralel sessiyalarla davam edib. “Yaşıl iqtisadiyyat. Dayanıqlı infrastruktur. Davamlı inkişafda elmin və innovasiyaların rolu. Özəl və dövlət sektorlarının əməkdaşlığı” adlı paralel sessiyada çıxış edən “Təmiz Şəhər” idarə heyəti sədrinin müşaviri Oktay Məmmədov “Təmiz Şəhər ASC: təcrübəsi, həyata keçirilən ekoloji layihələr və onların davamlı inkişafa töhfəsi” mövzusunda çıxış edib.

Yaşıl iqtisadiyyat haqqında “İqtisadi və Sosial İnkişaf Mərkəzi”nin idarə heyətinin sədri Vüqar Bayramov çıxış edərək bildirib ki, hal-hazırda Azərbaycanda “yaşıl iqtisadiyyat” gündəmdə olan məsələdir. Lakin Azərbaycanın ənənəvi enerji ölkəsi olması bu məsələni əvvəllər gündəmdən kənar saxlayıb. Son illər alternativ enerji mənbələrindən istifadə etməklə bağlı sosial agentlik yarandıqdan sonra “yaşıl iqtisadiyyat”ın gündəmə gəldiyini bildirən V.Bayramov ətraf mühit üçün ziyanlı olmayan iqtisadiyyatın qurulmasının da əsas məsələlərdən birinə çevrildiyini söyləyib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini Allahyar Muradov “Davamlı inkişafda elmin və innovasiyaların rolu” mövzusunda çıxış edib. “Azərbaycanda qəbul olunan dövlət proqramlarının əksəriyyətində qeyri-neft sektorunun, elmin və yüksək texnologiyaların inkişafı, insan kapitalına investisiya və bir çox bu kimi məsələlər əhatə olunub. Bunlar isə Azərbaycanda inkişafın təməli kimi elm sahəsinin vacib hesab olunduğunu göstərir”,- deyə A.Muradov vurğulayıb.

Eyni zamanda davam edən “Ölkənin sağlam gələcəyinin aparıcı qüvvəsi olaraq effektiv gənclər siyasəti. Məsuliyyətli və savadlı gəncliyin formalaşmasında universitetin rolu. Korporativ sektorla uğurlu əməkdaşlıq. Strategiya, layihələr və çağırışlar” adlı sessiyada çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev “Azərbaycanın dövlət gənclər siyasəti” barəsində məlumat verib.

Azərbaycan Respublikası Təhsil Nazirliyində “Sabah” qruplarının icra komitəsinin rəhbəri Elçin Ağakişiyev “peşəkar və rəqabət qabiliyyətli mütəxəssislərin hazırlanmasında sənaye sektoru ilə əməkdaşlıqla universitetlərin rolu” mövzusunda çıxış edib. “Davamlı inkişafın əsas zəmanəti ehtiyatlardan düzgün istifadə etməklə qaynaqlanır. Bütün dünyada 3 əsas ehtiyat var: təbii ehtiyat, insan ehtiyatı və maliyyə ehtiyatı. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu və Azərbaycanın Prezidenti İlham Əliyevin davam etdirdiyi “qara qızıl kapitalını insan kapitalına çevirmək” siyasəti buna bariz nümunədir”,- deyə E.Ağakişiyev bildirib.

“ADA” universitetinin prorektoru Fariz İsmayılzadə isə “Təhsil sahəsində innovasiya əldə etmək üçün özəl sektor ilə ictimai sektor arasında əməkdaşlıq” mövzusunda çıxış edərək bildirib ki, təhsil sahəsində əldə olunan nailiyyətlər arasında universitetlərin maddi-texniki bazasının artırılması, genişləndirilməsi, müasir tədris komplekslərinin tikilməsi, peşəkar kadrların cəlb olunması, müəllimlərin keçirtdiyi vacib təlimlər və başqa işlər var.

Nailiyyətlərin daha da artırılması üçün özəl sektorlarla əməkdaşlığın vacibliyini qeyd edən Fariz İsmayılzadə 2008-ci ildə yaradılan “ADA fondu”nun məqsədinin də özəl sektorla iş birliyi qurmaq, özəl sektorların universitet fəaliyyətinə və şirkətlərin tədris proseslərinə cəlb edilməsi olduğunu söyləyib. Prorektor bildirib ki, özəl sektorlar vasitəsilə yığılan maddi vəsait hesabına isə imkansız tələbələrə təqaüd verilməsini, kitabxana bazasının genişləndirilməsi və professorların xarici seminarlara göndərilməsini həyata keçirmək asanlaşır.

“Kənd təsərrüfatının davamlı inkişafı üçün mövcud imkanlar və ölkə iqtisadiyyatında yeri. Ərzaq təhlükəsizliyi. Təhlükəsiz ərzaq. Dəyər zəncirlərinin inkişaf etdirilməsi” adlı sessiyada isə “Azərbaycanda kənd təsərrüfatı sahəsinin davamlı inkişafı: mövcud trendlər və çağırışlar”, “Sektorun rəqabət qabiliyyətinin gücləndirilməsinə yönəlmiş Dünya Bankının proqramı”, “Davamlı inkişaf və ərzaq təhlükəsizliyi üçün ilkin şərtlər”, “Sahibkarlığa Kömək Milli Fondu tərəfindən aqrar sahəyə ayrılmış kreditlər və maliyyələşdirilmiş investisiya layihələri” mövzusunda çıxışlar olub.

Konfrans “Biznes daha yaxşı cəmiyyət naminə” adlı müzakirə ilə davam edib.

Qeyd edək ki, konfrans çərçivəsində “Azercell”, “AccessBank”, “ASAN xidmət”, “EY”, “FAO”, SOCAR, AMEA, bir sıra gənclər və qeyri-hökumət təşkilatlarının (QHT) iştirakı ilə sərgi keçirilib.

Bakıda “Dayanıqlı İnkişaf və Korporativ Sosial Məsuliyyət üzrə Birinci Azərbaycan Beynəlxalq konfransı” keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar