SİYASƏT
Bakıda “Gənclər siyasəti üzrə Birinci Qlobal Forum”un və Kompyuter Oyunları üzrə VI Dünya Çempionatının keçirilməsini təmin etmək məqsədi ilə vəsait ayrıldı
Bakı, 3 sentyabr (AZƏRTAC). Sentyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev cari ilin oktyabr-noyabr aylarında Bakıda “Gənclər siyasəti üzrə Birinci Qlobal Forum”un və Kompyuter Oyunları üzrə VI Dünya Çempionatının keçirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən Forumun və Çempionatın keçirilməsini təmin etmək məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 2 milyon manat ayrılıb.