Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda II “Bankçılıq Forumu” keçirilir YENİLƏNİB

Bakı, 23 noyabr, Elvin Camalov, AZƏRTAC

Noyabrın 23-də II “Bankçılıq Forumu” öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək forum Azərbaycan Banklar Assosiasiyasının (ABA) və İqtisadi İslahatlarının Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə "Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası: İslahatlar, Nəticələr və Perspektivlər" mövzusunda keçirilir.

Forumun məqsədi ölkədə həyata keçirilən strateji iqtisadi islahatların nəticələrinin təhlili, maliyyə-bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası, maliyyə dayanıqlılığının möhkəmləndirilməsi, nağdsız ödənişlərin artırılması istiqamətləri, banklarda komplayensin inkişafı və bank sisteminin fəaliyyətinin hüquqi bazasının təkmilləşdirilməsi məsələlərinin müzakirəsi, həmçinin bankçılıq sahəsində yeniliklər və innovasiyalar barədə qabaqcıl təcrübələrin öyrənilməsidir.

Forumda maliyyə-iqtisadiyyat sahəsində tənzimləyici və nəzarət orqanlarının rəhbərləri, kommersiya banklarının yuxarı menecmenti, biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, həmçinin digər ölkələrdən dəvətlilər iştirak edirlər.

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev bildirib ki, yeni “mülayim-yumşaq” pul-kredit siyasətinə keçidə başlanılmalıdır. Yeni “mülayim-yumşaq” pul-kredit siyasətinə keçid ilə əlaqədar olaraq monetar və nəzarət orqanları məhdudlaşdırıcı siyasətdən stimullaşdırıcı pul-kredit siyasətinə keçməli, inflyasiyanın hədəflənməsi ilə yanaşı ÜDM artımına, uzunmüddətli kreditlərin aşağı faizli olmasına və manatın volatilliyinin aşağı salınmasına hədəflənməlidirlər. İnflyasiyanın artmasından ehtiyatlanmadan iqtisadiyyatın aşağı monetarizasiya şəraitindən, yavaş-yavaş pul təklifini artırmaqla geniş bazaya keçmək lazımdır.

Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri, “Ziraat Bank”ın baş direktoru Hüseyn Aydın Türkiyədə bank sektorunun hazırkı vəziyyəti, dünyada baş verən maliyyə böhranının dünya və Türkiyə banklarına təsirindən söz açıb, Türkiyədə fəaliyyət göstərən bankların təcrübələrini paylaşıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, neft gəlirlərinin azalması fonunda “Doing Businnes” və Qlobal Rəqabətlilik hesabatlarında ölkəmizin irəliləməsi və ən islahatçı ölkələr sırasına yüksəlməsi, bu ilin on ayında qeyri-neft ÜDM-in 2,1 faiz və ixracının 23 faiz artması, strateji valyuta ehtiyatlarının 5 milyard dollara çatması birbaşa islahatların nəticəsidir. Hazırda neft qiymətlərinin 60 dolları keçməsinə rəğmən iqtisadi islahatlar davam edir ki, bu da iqtisadi islahatların dönməz xarakter aldığını göstərir.

Onun sözlərinə görə, gələn illərdə ölkədə qeyri-neft ixracının və başda turizm olmaqla xidmətlərin səviyyəsinin artması, idxalın əvəzlənməsi hesabına ölkəyə valyuta mədaxili kanalları çeşidinin və miqyasının artması manatın dayanıqlılığı üçün əlavə imkanlar yaradacaq. 2018-ci ildə dövlət büdcəsi hesabına iqtisadiyyata veriləcək əlavə stimullar ümumi iqtisadi aktivliyi artıracaq. Beləliklə, maliyyə-bank sektoru yaranmış əlverişli şəraitdən istifadə etməli, Kredit Zəmanət Fondu və aqrar sığorta mexanizmindən yararlanmaqla real iqtisadiyyatın maliyyələşdirilməsini gücləndirməlidir. Eyni zamanda, bank sektorunun kommunikasiyası gücləndirilməli, rəqabət mühiti və banklararası bazar inkişaf etdirilməli, blokçeyn və maliyyə texnologiyalarının tətbiqi imkanları araşdırılmalı, risk idarəetməsi gücləndirilməli və bankların kapitallaşdırılması artırılmalıdır.

Mərkəzi Bankın sədr müavini Alim Quliyev bildirib ki, milli iqtisadiyyatda yenidən balanslaşdırma proseslərini monetar siyasətlə aktiv dəstəkləmək üçün 2018-ci ildə də Mərkəzi Bank əsasən dayanıqlı artımın stimullaşdırılmasını və maliyyə sabitliyinin təmin olunması üçün ölkədə makroiqtisadi sabitliyin təmin olunmasını diqqətdə saxlayacaq.

“Gələn il üzrə proqnozlaşdırılan 6,1 faiz səviyyəlik inflyasiyaya nail olmaq üçün hökumətlə koordinasiya olunmuş şəkildə siyasət yürüdüləcək. Bütün alət və mexanizmlərdən istifadə edərək Mərkəzi Bank inflyasiyaya azaldıcı təsir göstərən monetar siyasət yaratmağa çalışacaq. Bu mənada monetar şərait məcmu tələbin inflyasiyanın artımını məhdudlaşdırmağa, həmçinin milli valyutada yığımları stimullaşdırmağa yönələcək”, - deyə A.Quliyev vurğulayıb.

Onun sözlərinə görə, ilin əvvəlindən etibarən valyuta hərraclarında iştirak edən bankların sayı beş dəfə artaraq 20 çatıb. Valyuta hərracları ölkənin Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə təşkil olunur. 2017-ci ilin 10 ayı ərzində ARDNF valyuta auksionlarında təxminən 2,8 milyard dollar satıb. Ümumilikdə 2016-cı ildən bu vaxta qədər Azərbaycan bankları Dövlət Neft Fondundan 4,92 milyard dollar alıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov 2018-ci ildən Azərbaycan bankların yeni Maliyyə Hesabatlarının Beynəlxalq Standartları çərçivəsində fəaliyyət göstərəcəyini söyləyib.

O qeyd edib ki, palata bu istiqamətdə banklarla sıx əməkdaşlıq edir. Artıq gələn ildən banklara öz maliyyə hesabatlarını bu standartlar çərçivəsində hazırlamaları tövsiyə ediləcək.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib ki, Azərbaycanda biznesin inkişafını daha da artırmaq üçün əlavə tədbirlər planı təsdiqlənib. Azərbaycan Ümumdünya İqtisadi Forumunun (World Economic Forum) 2017-2018-ci illər üzrə rəqabətqabiliyyətlilik reytinqində 35-ci yeri tutub və “Doing Bussines” hesabatında isə 8 pillə yüksəlib.

S.Həsənovanın sözlərinə görə, biznes mühitinin inkişafını artırmaq üçün təsdiqlənən tədbirlər planı Azərbaycanın beynəlxalq reytinqini daha da yüksəldəcək.

Forumda “Xarici şokların təsirinin minimallaşdırılması istiqamətində görülmüş işlər və yeni çağırışlar” mövzusunda 1-ci panel təşkil olunub. Paneldə “İqtisadi islahatların yaxın və orta perspektivli nəticələri”, “Bank sektorunun sağlamlaşdırılması istiqamətində əldə olunmuş nailiyyətlər və hədəflər”, “Monetar stimullaşdırma ilə makroiqtisadi stabillik arasında balans”, “Makroiqtisadi stabilliyin təmin olunmasında Dövlət Neft Fondunun rolu”, “Yeni dövrdə bank sektorunda insan resurslarının inkişafı məsələləri” mövzularında təqdimatlar keçirilib, geniş fikir mübadiləsi aparılıb.

Həmçinin forumda “Nağdsız cəmiyyətə doğru: ödəniş ekosistemində son trendlər, yeni bazar iştirakçıları və innovativ ödəniş həlləri”, “Müasir bankçılıqda komplayens” və “Bank sisteminin inkişafını hüquqi bazasının təkmilləşdirilməsi məsələləri”nə həsr edilmiş panellər də keçirilib.

“Bankçılıq Forumu” noyabrın 24-də öz işini davam etdirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib