Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda I Xəzər Beynəlxalq su texnologiyaları forumu keçirilmişdir

Bakı, 12 aprel (AZƏRTAC). Aprelin 12-də Bakıda su texnologiyaları sahəsində əldə olunan nailiyyətlərin nümayiş etdirilməsi üzrə Xəzəryanı regionun yeganə ixtisaslaşdırılmış tədbiri - “CATEF-2013” I Xəzər Beynəlxalq su texnologiyaları sərgisi çərçivəsində forum keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, Baş nazirin müavini Abid Şərifov açılış mərasimində Prezident İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxumuşdur.

Tədbirdə çıxış edən A.Şərifov bildirmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz beynəlxalq aləmdə layiqli yerini tutmuşdur. Bunun nəticəsidir ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycanda son illər dünya və Avropa səviyyəli iqtisadi, mədəni və s. sahələr üzrə çoxsaylı beynəlxalq tədbirlər keçirilir. Ən möhtəşəm mədəniyyət hadisələrindən olan “Eurovision-2012” mahnı müsabiqəsinin Bakıda yüksək səviyyədə təşkili, birinci Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı Avropa Olimpiya Komitəsinin qərar qəbul etməsi ölkəmizin nüfuzunun artmasından xəbər verir. Bir neçə gün əvvəl paytaxtımızda “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Dünya İqtisadi Forumunun uğurla yekunlaşması da Azərbaycana artan marağın bariz nümunəsidir.

Azərbaycan iqtisadiyyatının statistik göstəriciləri barədə məlumat verən A.Şərifov demişdir ki, ötən ilin yekunlarına görə, Azərbaycanda 68,8 milyard dollar həcmində ümumi daxili məhsul (ÜDM) istehsal olunmuş, əvvəlki ilə nisbətən ümumi artım 2,2 faiz təşkil etmişdir. Keçən il ölkə iqtisadiyyatına 25,8 milyard dollardan çox investisiya qoyulmuşdur ki, bunun da 15,5 milyard dolları və ya 60 faizi daxili investisiyaların, 10,3 milyard dolları və ya 40 faizi xarici investisiyaların payına düşmüşdür. Bütün investisiyaların 19,4 milyard dolları və ya 75 faizi qeyri-neft sektoruna, 6,4 milyard dolları və ya 25 faizi neft sektoruna yönəldilmişdir. Aparılan məqsədyönlü və ardıcıl iqtisadi siyasət nəticəsində sənayenin qeyri-neft sektorunda 9,7 faiz artım müşahidə edilmişdir. İnflyasiya cəmi 1,1 faiz həddindədir ki, bu da son illərdə ən aşağı səviyyədədir. Əhalinin pul gəlirləri isə 13,8 faiz artmışdır. Ötən il ərzində ölkənin strateji valyuta ehtiyatları 13,5 faiz artaraq 46,1 milyard dollara çatmışdır.

Qeyd olunmuşdur ki, Azərbaycanda iqtisadiyyat son 10 ildə dünyada dinamik inkişaf edən iqtisadiyyatlardan biri olmuşdur. Belə ki, bu müddətdə Azərbaycana 130 milyard dollardan çox sərmayə qoyulmuş, ÜDM 3 dəfə, sənaye istehsalı 2,5 dəfə artmışdır. İşsizliyin səviyyəsi son 10 ildə xeyli azalaraq 5,2 faiz təşkil etmişdir. Hazırda yoxsulluğun səviyyəsi 6 faizə düşmüşdür. Eyni zamanda, büdcə xərcləri demək olar ki, 20 dəfə artmışdır.

Ölkədə həyata keçirilən su layihələrindən danışan Baş nazirin müavini bildirmişdir ki, artıq Abşeron yarımadasında, həmçinin 38 şəhərdə, 350-dən artıq kənd və qəsəbədə su layihələrinin icrasına başlanılmışdır. Bu layihələrin maliyyələşdirilməsi həm beynəlxalq maliyyə təşkilatları ilə imzalanmış müqavilələr əsasında alınacaq kreditlər, həm də dövlət büdcəsi hesabına aparılır. Tələb olunan vəsaitdən təxminən 1,8 milyard dollarının dövlət büdcəsindən ayrılması məsələsi həll edilmişdir. Son 2 ildə bu işlər üçün hər il “Azərsu” ASC-yə dövlət büdcəsindən təqribən 1 milyard dollara yaxın vəsait ayrılır. Layihələr 38 şəhərin 17-də dövlət büdcəsi, 21-də isə Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Almaniyanın KFW bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyindən cəlb olunmuş kreditlər hesabına icra olunur. Ötən il Zərdab və İmişli rayonlarına suyun verilməsi təmin edilmişdir. Bu il isə Abşeron yarımadasının bəzi qəsəbələrində, həmçinin Hacıqabul, Şirvan, Quba, Oğuz, Ağstafa, Şabran, Siyəzən, Ağsu və İsmayıllıda layihələrin icrası başa çatdırılacaqdır.

Ermənistanın Azərbaycana hərbi təcavüzünə də toxunan A.Şərifov bu münaqişə nəticəsində torpaqlarımızın işğal olunduğunu, 1 milyon insanın qaçqın və məcburi köçkün düşdüyünü xatırlatmışdır. Bildirilmişdir ki, buna görə də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsi və ətrafındakı 7 rayon bu cür layihələrdən kənarda qalmışdır. Təəssüf ki, Azərbaycan torpaqlarının 20 faizini işğal edən və azərbaycanlı əhaliyə qarşı dəfələrlə soyqırımı törədən, işğalçılıq siyasətini davam etdirən Ermənistana beynəlxalq qurumlar tərəfindən heç bir təsir göstərilmir və bu problemlər həll olunmamış qalır.

Şirin su ehtiyatlarının qismən məhdud olduğu və qeyri-bərabər paylandığı Azərbaycanda sudan səmərəli istifadənin bütün dövrlərdə aktual məsələyə çevrildiyini deyən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bu problemin daha çox şirin su ehtiyatları məhdud olan Abşeron yarımadasında özünü büruzə verdiyini bildirmişdir.

Q.Hüseynov qeyd etmişdir ki, paytaxtın su ilə təminatının yaxşılaşdırılmasında müstəsna əhəmiyyət kəsb edən Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişinin təşəbbüskarı ulu öndər Heydər Əliyev olmuşdur. Tikintisinə 2007-ci ildə başlanılmış su kəməri 2010-cu ildə istismara verilmiş və Azərbaycanın müstəqillik illərində həyata keçirilmiş ən böyük infrastruktur layihəsi kimi tarixə düşmüşdür. Su kəmərinin işə düşməsi ilə Bakı şəhərində yaşayan əhalinin 60 faizi fasiləsiz su ilə təmin olunmuşdur.

ASC sədri bildirmişdir ki, bu gün ölkənin su təchizatı və kanalizasiya infrastrukturunun yaxşılaşdırılması dövlətimizin sosial-iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir və Prezident İlham Əliyev bu sahənin inkişafına böyük diqqət və qayğı göstərir. Paytaxtla yanaşı, respublikanın regionlarında da su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə layihələr uğurla həyata keçirilir. “Azərsu” ASC-nin sifarişi əsasında respublikanın 24 şəhər və 280 kəndində belə layihələr icra edilir.

Bakı şəhərinin içməli, tullantı və yağış suları infrastrukturlarının 2035-ci ilə qədər perspektiv inkişafını nəzərdə tutan “Master Plan”ın hazırlandığını xatırladan Q.Hüseynov diqqətə çatdırmışdır ki, sənədə əsasən, paytaxtın və Abşeron yarımadasının su-kanalizasiya infrastrukturu xeyli genişlənərək bütün yaşayış məntəqələrini əhatə edəcəkdir. Plana əsasən Abşeron yarımadasında 5 min 900 kilometr su, 7 min 100 kilometr kanalizasiya, 970 kilometr yağış suları xətləri çəkiləcəkdir. Bunlarla yanaşı, qarşıdakı illərdə tutumu 1 milyon 345 min kubmetr olan 80-dən çox su anbarı, ümumi məhsuldarlığı sutkada 1 milyon 375 min kubmetr olan 11 çirkab sutəmizləyici qurğunun tikintisi də nəzərdə tutulmuşdur. İçməli suyun keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə Bakı yaxınlığında - Ceyranbatan ərazisində dünyanın ən böyük ultrasüzgəcli sutəmizləyici qurğusu tikilir. Məhsuldarlığı saniyədə 6 kubmetr olacaq qurğu Abşeron yarımadasında 1 milyon nəfərin içməli su təchizatının yaxşılaşdırılmasına öz töhfəsini verəcəkdir. İçməli və çirkab suların tərkibinin daha dəqiq tədqiqi məqsədilə yeni mərkəzi laboratoriya binası da tikilir. Burada quraşdırılacaq ən müasir cihazların köməyi ilə Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun analizlər aparılacaqdır.

Forumun Azərbaycanda keçirilməsini yüksək qiymətləndirən Türkiyə Respublikasının meşə və su işləri naziri Veysəl Eroğlu ölkəmizə bir neçə il bundan əvvəl səfər etdiyini xatırlamış, qısa müddətdə Bakıdakı inkişafdan heyrətləndiyini vurğulamışdır.

İstanbulluların 1994-cü ildə su qıtlığından əziyyət çəkdiklərini diqqətə çatdıran V.Eroğlu həmin dövrdə şəhərdə 6 milyon insanın yaşadığını xatırladaraq demişdir ki, bəzi yerlərə hətta 15-20 gündən bir içməli su verilirdi. Həyata keçirilən “Master Plan” nəticəsində hazırda istanbullular 24 saat fasiləsiz su ilə təmin olunurlar. Bu işdə təcrübəmizi də sizinlə paylaşmağa hazırıq.

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov forumun əhəmiyyətindən bəhs edərək, əhalinin içməli su ilə təminatı, tullantı və lay sularının idarə olunması, su ehtiyatlarının tullantılardan mühafizəsi ilə bağlı fikirlərini səsləndirmişdir.

Nazir Azərbaycanın su ehtiyatlarının məhdud olması və onun əsas hissəsinin ölkə hüdudlarından kənarda formalaşdığını nəzərə alaraq, su ehtiyatlarından səmərəli istifadə və tullantılardan mühafizənin zəruriliyini qeyd etmişdir. Bildirilmişdir ki, ölkəmizdə əhalinin təhlükəsiz içməli su ilə təmin edilməsi üçün boru kəmərlərinin çəkilişi və təmizləyici qurğuların qurulması üzrə irimiqyaslı layihələr icra edilir. Eyni zamanda, mərkəzləşmiş kanalizasiya sistemlərinin yenidən qurulması, yeni kanalizasiya şəbəkələrinin çəkilməsi, mövcud tullantı sutəmizləyici qurğuların modernləşdirilməsi və inşası üzrə tədbirlər həyata keçirilir.

Su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, sudan rasional istifadə, tullantı sularının idarə olunması sahəsində mövcud problemlərin aradan qaldırılması məqsədi ilə qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayan H.Bağırov bu sahədə maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətini diqqətə çatdırmışdır.

AMEA-nın prezidentinin vəzifəsini icra edən, akademik Akif Əlizadə isə çıxışında su çatışmazlığının aradan qaldırılmasında təbii ehtiyatlardan səmərəli istifadənin önəmini qeyd etmişdir. Bildirilmişdir ki, geniş vüsət alan elmi-texniki tərəqqi, sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə dəyən təsirlərin mənfi nəticələri insanların həyatında daha qabarıq əks olunur. İnsanlar təbiətə olan münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəyə son qoymayacaqları təqdirdə bu proses onların özlərinə qarşı çevriləcək və arzuolunmaz nəticələrə səbəb olacaqdır.

Diqqətə çatdırılmışdır ki, dünyada əhalinin yüksək artım templəri, istehlakın qeyri-ciddi paylanması, ətraf mühitin çirkləndirilməsi, infrastruktura uyğun investisiyanın qoyulmaması və suyun qeyri-səmərəli idarəetmə və istifadə nəticəsində mövcud ehtiyatlar sürətlə tükənməkdədir. Ona görə də bugünkü forum bu məsələlərin müzakirəsi baxımından böyük rola malikdir.

Dünya Su Forumunun vitse-prezidenti Doğan Alınbiləy və Beynəlxalq Su Assosiasiyasının vitse-prezidenti Diana Darras çıxışlarında forumda müzakirə olunacaq mövzuların əhəmiyyətini vurğulayaraq, dünyada suya artan tələbatdan danışmış və təbii ehtiyatlardan səmərəli istifadənin şirin su ehtiyatlarının qorunmasındakı rolundan bəhs etmişlər.

Qeyd olunmuşdur ki, forumda 30 ölkədən 200-dən çox nümayəndənin iştirakı da gündəlikdəki məsələlərin həllinin aktuallığını sübut edir. Dünya miqyasında tanınmış alimlərin və mütəxəssislərin iştirak etdikləri bu forum təcrübə mübadiləsi aparmaq baxımından yaxşı fürsətdir.

Sonra I Xəzər Beynəlxalq su texnologiyaları forumu işini bölmələr üzrə davam etdirmişdir.

Bölmələrdə XXI əsrdə içməli suyun emalının, tullantı və yağış sularının təmizlənməsinin ekoloji-innovativ texnologiyaları, utilizasiya məhsullarının istifadə sahələri, su mənbələrinin qiymətləndirilməsi və müqayisəli təhlili, mühəndis kommunikasiyalarının müayinə metodları və tikinti texnologiyaları, su sistemlərində proqressiv idarəçilik, bataqlıq və süni göllərin qurudulması, ekoloji sağlam zonaların yaradılması, sağlam ətraf mühit və “yaşıl planet” kimi mövzular müzakirə olunmuşdur.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY