MƏDƏNİYYƏT


Bakıda “Məşhurlar və övladları” adlı konsert proqramı təqdim olunub

Bakı, 25 sentyabr, AZƏRTAC

Heydər Əliyev Sarayında yeni bir layihə “Məşhurlar və övladları” adlı konsert proqramı təqdim olunub.

Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ilk dəfə keçirilən layihədə Xalq Artisti Gülyaz Məmmədova, Əməkdar İncəsənət Xadimi Aqil Məlikov, Əməkdar artistlər Nuriyyə Hüseynova, Lalə Məmmədova, Çingiz Əhmədov, Yadigar Muradov, Rəna Talıbova, tanınmış müğənnilər Aşıq Zülfiyyə, Rüfət Axundov, Emil Bədəlov, Eldəniz Məmmədov və övladları iştirak ediblər.

Konsertdə müğənniləri Nəsib Məhərrəmovun rəhbərliyi ilə “Şuşanın səsi” instrumental ansamblı müşayiət edib.

Layihənin xüsusi qonaqları qismində Xalq Artisti Faiq Ağayev və Nadir Qafarzadə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.