Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bakıda “Rusiya və Azərbaycan: 25 illik əməkdaşlıq və inkişaf” mövzusunda konfrans keçirilib VİDEO

Bakı, 24 fevral, AZƏRTAC

Fevralın 24-də Bakıda “Rusiya və Azərbaycan: 25 illik əməkdaşlıq və inkişaf” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunan konfransda hər iki ölkənin parlamentariləri, ekspertlər iştirak ediblər.

Əvvəlcə tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov bildirib ki, tədbirin məqsədi ötən 25 il ərzində ölkələrimiz arasında əlaqələrin inkişafı, habelə əməkdaşlığın daha da möhkəmləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparmaq, həm Azərbaycanda, həm də Rusiyada cərəyan edən daxili prosesləri müzakirə etməkdir. O qeyd edib ki, Rusiya-Azərbaycan münasibətləri qlobal əhəmiyyət daşıyır. Bu yaxınlarda ABŞ və Rusiya qərargah rəislərinin görüşünün məhz Bakıda keçirilməsi bunun bariz nümunəsidir.

Rusiya Azərbaycandakı səfirinin müşaviri Oleq Muraşov bildirib ki, bu konfrans ölkələrimiz arasında ikitərəfli münasibətlərin, vətəndaşlarımızı narahat edən məsələlərin müzakirəsi üçün gözəl imkandır. Azərbaycan ilə Rusiya arasında qurulmuş münasibətlərin 25 ili ərzində biz əlaqələrimizi daha da inkişaf etdirmişik. Bu dövrdə ölkələrimiz milli maraqlara cavab verən, beynəlxalq və regional təhlükəsizliyə xidmət edən qarşılıqlı əlaqələr modelini yarada bilib.

Qeyd edilib ki, ötən 25 il ərzində Azərbaycan Rusiyanın strateji tərəfdaşına çevrilib. Hazırda Prezident İlham Əliyev ilə Prezident Vladimir Putin arasında möhkəm dostluq əlaqələri mövcuddur. Bu əlaqələr ölkələrimiz arasında münasibətlərin inkişafına müsbət təsir göstərir. Ölkələrimiz arasında ticarət dövriyyəsi də yüksək səviyyədədir. Azərbaycan rəhbərliyinin müdrik siyasəti sayəsində rus dili ölkədə aparıcı dillərdən biridir. Bu, mədəni sahədə də əlaqələrimizin inkişafına töhfə verir. Azərbaycanın güclü, sabit dövlət kimi inkişafı Rusiya üçün böyük əhəmiyyətə malikdir.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, bu gün Azərbaycanda rus dilinə, ədəbiyyatına böyük önəm verilir. Azərbaycanın bütün məktəblərində, universitetlərində rus dili və ədəbiyyatı tədris edilir.

Konfransın əhəmiyyətindən danışan S.Seyidov vurğulayıb ki, biz regionumuzun gələcəyini suveren dövlətlərin nümayəndələri olaraq müzakirə etmək üçün burada toplaşmışıq. Ölkələrimiz arasında münasibətlər qarşılıqlı hörmətə, ərazi bütövlüyünün tanınmasına əsaslanır. Bu əlaqələrin qurulmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin xüsusi səyləri var. Bu gün Azərbaycan-Rusiya münasibətləri yüksələn xətlə inkişaf edir.

Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib ki, Azərbaycan ilə Rusiya arasında əlaqələr ölkələrimizin rəhbərlərinin şəxsi dostluğu, parlamentlərarası əlaqələr ilə yanaşı, xalqlarımız arasındakı yaxın münasibətlərə əsaslanır. Azərbaycan xalqı Rusiya ilə əlaqələrə böyük dəyər verir. Əlaqələrimizin bugünkü dinamikası çox müsbətdir, qarşılıqlı etimad mövcuddur.

Azərbaycan Rus İcmasının sədri, Milli Məclisin deputat Mixail Zabelin ümummilli lider Heydər Əliyevin Azərbaycan-Rusiya əlaqələrinə verdiyi töhfələrdən, parlamentlərarası münasibətlərin inkişafından danışıb. O, Azərbaycanda 360-dək məktəbdə rus sektorunun mövcud olduğunu və sırf 18 rusdilli məktəbin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Dmitri Savelyev vurğulayıb ki, Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı “yol xəritəsi”nin hazırlanmasının, Rusiya tərəfindən Xocalı faciəsinə qiymət verilməsinin vaxtı yetişib. Çoxları susmağa üstünlük verirlər. Lakin biz nəyin baş verdiyini, kimin günahkar olduğunu bilirik. Sussaq bu cür hallar gələcəkdə təkrarlana bilər.

Milli Məclisin deputatı Elmira Axundova Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın çoxşaxəli olduğunu, bunun özünü təhsil, mədəniyyət, iqtisadiyyat sahələrində büruzə verdiyini söyləyib. E.Axundova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə diqqət çəkərək bildirib ki, bu, bizim ən ağrılı problemimizdir. Azərbaycan bu məsələdə Rusiyadan daha prinsipial, qətiyyətli mövqe gözləyir. Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir. O, bu münaqişənin həlli üçün fəal surətdə çalışsa da, bu, bizə daha çox danışıqlar prosesinin imitasiyası kimi görünür.

Rusiya Dövlət Dumasının informasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsi sədrinin müavini Aleksandr Yuşşenko bildirib ki, Azərbaycan ilə Rusiya arasındakı münasibətlər qarşılıqlı etimada əsaslanıb. Bildirib ki, Rusiya və Azərbaycan hər zaman bir-birlərini dəstəkləyib.

Milli Məclisin deputatı Bəxtiyar Əliyev ölkələrimiz arasında əlaqələrin dərin köklərə malik olduğunu qeyd edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan deputat bildirib ki, bu, Azərbaycanın bir nömrəli problemidir. Bu münaqişənin həlli üçün səylər birləşdirilməlidir.

CBC telekanalının baş direktoru Azər Xəlilov bildirib ki, Azərbaycanda rus dilində televiziya kanalının fəaliyyət göstərməsi dövlətimizin başçısı İlham Əliyevin və ümumiyyətlə, ictimaiyyətin rus dilinə olan marağının sübutudur.

Konfransda digər çıxış edənlər Azərbaycan ilə Rusiya arasında tarixi əlaqələrdən, müxtəlif sahələrdə əməkdaşlıqdan, münasibətlərin gələcəkdə inkişafı istiqamətində atılmalı olan addımlardan danışıblar.

Bakıda “Rusiya və Azərbaycan: 25 illik əməkdaşlıq və inkişaf” mövzusunda konfrans keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq