MƏDƏNİYYƏT


Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək

Bakı, 21 avqust, AZƏRTAC

Sentyabrın 2-dən 5-dək “Narimanfilm” kinostudiyası Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dəstəyi və “Pasha Holding” MMC-nin və bir çox digər təşkilatların sponsorluğu ilə “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalını keçirəcək.

AZƏRTAC xəbər verir ki, 300-ə qədər 13-17 yaşlı yeniyetmənin iştirak edəcəyi festivala 10-a yaxın xarici ölkədən gənclər dəvətlidir.

Festival ərəfəsində yeniyetmələr dünya kinematoqrafiyasının nümunələrinə baxaraq filmləri müzakirə edəcək və münsif kimi səs verərək qalibləri müəyyənləşdirəcək. Festival günlərində film nümayişləri ilə yanaşı, praktik məşğələlər, əyləncəli proqramlar və ekskursiyalar həyata keçiriləcək.

“Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalının əsas məqsədi gəncliyimizin milli-mənəvi və ümumdünya dəyərlərinə uyğun tərbiyə olunması, Azərbaycan və digər ölkələrin yeniyetmələri arasında dostluq əlaqələrinin yaradılması, vətənimizin mədəniyyətinin təbliği, həmçinin festivalın xarici iştirakçılarının vasitəçiliyi sayəsində dünya ölkələrində Azərbaycan haqqında müsbət ictimai fikrin formalaşmasına yardımçı olmaqdır.

Festivalın açılış mərasimi sentyabrın 2-də “CinemaPlus Amburan Mall”da baş tutacaq. Qeydiyyatdan keçmək istəyənlər avqustun 25-dək “Narimanfilm” kinostudiyasına müraciət edə bilərlər (əlaqə nömrəsi: +99412 5643809, +994556716335).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.