ELM VƏ TƏHSİL
Bakıda Türkiyə universitetlərinin təhsil sərgisi açılıb VİDEO
Bakı, 1 avqust, Ş.Hüseynzadə, AZƏRTAC
Avqustun 1-də Bakıda “Akademi Group” Xaricdə Təhsil Mərkəzinin təşkilatçılığı ilə Türkiyə universitetlərinin təhsil sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, “Hilton Baku” otelində təşkil olunmuş sərgidə iştirakçılara xaricdə yüksək keyfiyyətli təhsil imkanı, yataqxanalar və digər məsələlərlə bağlı ətraflı məlumat verilib.
Tədbir çərçivəsində bu universitetlərin pulsuz təhsil imkanları barədə təqdimat və seminarların keçirilməsi də nəzərdə tutulur.
Digər sərgilərdən fərqli olaraq avqustda təşkil edilən sərgilərdə ənənə halını alan sənəd qəbulu da həyata keçirilib. Abituriyentlər və tələbələr sənədlərini təhsil almaq istədikləri universitetin nümayəndəsinə birbaşa təqdim ediblər.
Tədbirdə Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil müşavirliyinin əməkdaşları iştirak ediblər.
Sərgi avqustun 2-də başa çatacaq.