İDMAN


Bakıda UEFA Avropa Liqası-2 turnirinin əhəmiyyəti müzakirə olunub

Bakı, 12 fevral, AZƏRTAC

Fevralın 12-də Bakıda Avropa Klublar Birliyinin (ECA) regional iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, “Qarabağ” futbol klubunun təşəbbüsü ilə təşkil olunan iclasda Türkiyə (“Beşiktaş” “Fənərbağça”, “Başakşehir”), İsrail (“Makkabi Hayfa”, “Makkabi Təl-Əviv”), MDB ölkələri (“Zenit”, “Zimbru”, “Daçia”, “Dinamo Minsk”, ÇSKA (Moskva), “Lokomotiv”, “Jalgiris”) və Azərbaycan klublarının nümayəndələri iştirak ediblər. Tədbirdə ölkəmizi “Neftçi”, “Qəbələ” və “Qarabağ” klubları təmsil edib.

İclasda 2021-2024-cü illərdə baş tutacaq yarışların reqlamenti və keçirilməsi, UEFA Avropa Liqası-2 turnirinin əhəmiyyəti müzakirə olunub.

“Qarabağ” klubunun baş meneceri Asif Əsgərov ECA-nın İşçi qrupunun büro üzvüdür.

Qeyd edək ki, martın 25-də Amsterdamda Avropa Klublar Birliyinin Baş Assambleyası keçiriləcək. Burada regional iclasda səsləndirilən fikirlər ümumiləşdiriləcək və daha sonra UEFA-ya təqdim olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.