MƏDƏNİYYƏT


Bakıda “Xaç atası. Filmin 50 illiyi” ekran əsəri nümayiş olunacaq

Bakı, 22 fevral, AZƏRTAC

“CinemaPlus” kinoteatrlar şəbəkəsi fevralın 24-dən “Xaç atası. Filmin 50 illiyi” ekran əsərinin nümayişinə başlayacaq.

AZƏRTAC xəbər verir ki, Frensis Ford Koppolanın rejissorluğu ilə çəkilən filmdə baş rolları Marlon Brando, Al Paçino, Ceyms Kaan oynayır. Filmin xronometrajı 190 dəqiqədir.

Ailənin başçısı Don Vito Korleone qızını ərə verir. Bu zaman onun sevimli oğlu Maykl İkinci Dünya müharibəsindən qayıdır. Müharibə qəhrəmanı, ailənin fəxri Maykl qəddar ailə biznesini ələ keçirmək arzusunda olmadığını bildirir. Don Korleone işini köhnə qaydalara uyğun aparır, amma zəmanə dəyişdiyindən yaranmış nizamı dəyişmək istəyənlər peyda olur. Don Korleoneyə sui-qəsd edilir...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.