Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Bakıda YARAT Müasir İncəsənət Mərkəzinin açılışı münasibətilə “Şirin Neşat: Gözlərimin evi” sərgisi təqdim olunub

Bakı, 29 mart, Gözəl Ağayeva, AZƏRTAC

Bakıda YARAT Müasir İncəsənət Mərkəzinin açılış mərasimində “Şirin Neşat: Gözlərimin evi” adlı sərgi təqdim edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı Ömər Eldarov, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, dünya şöhrətli rəssam Tahir Salahov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, “ÜNS” teatrının rəhbəri, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva, “YARAT” Müasir İncəsənət Məkanının təsisçisi və rəhbəri Aida Mahmudova, “Central Saint Martins” Universitetinin incəsənət, mədəniyyət və dram proqramları üzrə dekanı Mark Danhill, Moskva Dövlət Müasir İncəsənət Mərkəzinin art-direktoru Leonid Bajanov, “Cosmoscow” Müasir İncəsənət Beynəlxalq Yarmarkasının rəhbərləri Marqarita Puşkina və Sandra Nedvetskaya, “Guggenheim UBS MAP Global Art Initiative” layihəsinin Yaxın Şərq və Şimali Afrika üzrə kuratoru Sara Raza, “Art finans” şirkətinin baş direktoru və “Qazprombank”ın vitse-prezidenti Mariya Sitnina, Avstraliyada Tasmaniya Müasir İncəsənət Muzeyinin sərgilər və kolleksiyalar üzrə rəhbəri Varenne Oliviyer, Londonda “ICONGallery” sərgi mərkəzinin direktoru Conatan Uatkins, görkəmli ictimaiyyət xadimləri, mədəniyyət və incəsənət, diplomatik missiyanın nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən YARAT Müasir İncəsənət Məkanının təsisçisi və rəhbəri Aida Mahmudova bu qeyri-kommersiya təşkilatının fəaliyyətindən söz açıb. O deyib: “YARAT Müasir İncəsənət Məkanı dörd ildir fəaliyyət göstərir. Bu gün isə açılışına toplaşdığımız YARAT Müasir İncəsənət Mərkəzində Qafqazdan olan rəssamların sənət əsərlərini nümayiş etdirəcəyik, habelə dünyanın digər ölkələri ilə müasir incəsənət əlaqələrini gücləndirəcəyik. Həmişə olduğu kimi, YARAT təhsil layihələrini ardıcıl olaraq həyata keçirəcək”.

Mərkəzdə əsərləri nümayiş olunan rəssam Şirin Neşata, habelə YARAT-ın kollektivinə, onu dəstəkləyən təşkilatlara təşəkkürünü bildirən A.Mahmudova deyib: “YARAT-ın kollektivi həqiqətən mənim ikinci ailəm olubdur. Bu layihənin ərsəyə gəlməsində birgə çalışmışıq”.

Sonra çıxış edən rəssam Şirin Neşat Azərbaycanda olmasından və əsərlərinin YARAT Müasir İncəsənət Mərkəzində sərgilənməsindən qürur duyduğunu deyib və YARAT-ın rəhbərliyinə təşəkkür edib.

Qeyd edək ki, YARAT Müasir İncəsənət Mərkəzində təqdim olunan sərginin diqqət mərkəzində rəssam Şirin Neşatın Azərbaycanda ərsəyə gətirdiyi yeni əsərlər durur. Sərgidə rəssamın əvvəlki işlərindən də ikisi yer alıb. Bunlar sənətkarın yaradıcılıq yolunu köklü surətdə müəyyən etmiş “Monoloq” (1999) və “Keçid” (2001) video-instalyasiyalarıdır. Sərginin Bakıya gətirilməsini kurator Dina Nasser-Xadivi təmin edib.

Açılış mərasimində YARAT-ın daimi kolleksiyasını təşkil edən əsərlərdən ibarət “Tarix yazılarkən: YARAT kolleksiyası” da nümayiş olunub. Bu sərgidə işləri ilə Azərbaycanda rezonans doğuran dünya şöhrətli rəssamlarla yanaşı, Qafqaz, Orta Asiya və qonşu ölkələrin rəssamlarının da əsərləri yer alıb. YARAT-ın kolleksiyasına gəlincə isə, o, son üç ildə toplanıb və xüsusilə YARAT Müasir İncəsənət Mərkəzində kurator Suad Qarayevanın təşkilatçılığı ilə keçiriləcək yeni-yeni sərgilərin özəl sifarişləri sayəsində daha da artırılacaqdır. “Tarix yazılarkən: YARAT kolleksiyası” YARAT Müasir İncəsənət Mərkəzində noyabrın 24-dək nümayiş olunacaq.

Şirin Neşatın işlərində insanın mədəni kimliyi və gender problemləri araşdırılaraq, “şəxsiyyət” anlayışına dair həm müasir konsepsiyalara, həm də İrana xas ənənəvi təsəvvürlərə müstəqil münasibət bildirilir. Son vaxtlar Şirin Neşat fotoqrafiya yaradıcılığında daha çox portret janrına üstünlük verilir. O, portretdən süzgəc kimi istifadə edərək, şəkildəki adamın daxili dünyasının dəyişilməsini, həyat hekayətlərini araşdırıb üzə çıxarır – sanki əsər qəhrəmanının üzünə baxınca onun tarixçəsini “oxumaq” olur.

Şirin Neşatın “Gözlərimin evi” adlı foto-silsiləsinin yaranması elə məhz müəllifin portret janrına artan marağından irəli gəlib. O, 2014-cü ildə Azərbaycanda 50-dən çox adamın foto-portretini çəkib. Ölkəmizin müxtəlif bölgələrini təmsil edən bu adamların yaşı ikidən səksənə qədər olub. Çəkiliş zamanı Şirin Neşat həmin adamlara onların doğma ocaq və mədəni kimlik anlayışlarına dair bir sıra suallar verib. Cavablar xəttatlıq üsulu ilə hər kəsin portreti üzərinə yazılıb.

Şirin Neşat bu əsərlər barədə deyib: “Bu yeni portretlər silsiləsini əsrlər boyu ən müxtəlif millətlər, dinlər və dillər üçün qarşılıqlı ünsiyyət meydanı olmuş ölkənin portreti kimi qiymətləndirirəm. Müxtəlif nəsilləri təmsil edən 55 kişi və qadın portretindən ibarət bu silsiləni Azərbaycanın zəngin tarixinə və müxtəlifliyinə həsr etmişəm”.

“Gözlərimin evi” silsiləsi elə monumental instalyasiyadır ki, onu təşkil edən əsərlər YARAT Müasir İncəsənət Mərkəzinin zallarından birində hündürlüyü 11 metr olan divarlarının ikisini tamamilə tutubdur.

YARAT Müasir İncəsənət Mərkəzi YARAT qeyri-kommersiya təşkilatına məxsus ilk daimi sərgilənmə yeridir. Xatırladaq ki, təsisçisi və bədii rəhbəri Aida Mahmudova ilə bir qrup rəssam tərəfindən 2011-ci ildə təsis olunduğu vaxtdan bəri bu təşkilat artıq 80-dən çox layihə həyata keçirib. Üzü Xəzər dənizinə açılan, sahəsi 2000 kvadratmetr, sovet dövründə möhtəşəm hərbi donanma obyekti olmuş bu tikilidə müvafiq yenidənqurma işləri tamamlandıqdan sonra hazırda YARAT-a məxsusdur. Bu mərkəz müasir incəsənətin, eləcə də incəsənət tədrisinin regional miqyaslı mərkəzi olmaq iqtidarındadır.

YARAT Müasir İncəsənət Mərkəzinin konfrans zalı müxtəlif tamaşalar, baxışlar və YARAT-ın təhsil tədbirləri üçün nəzərdə tutulub. Mərkəzin kitabxanasında YARAT-ın incəsənət nəşrlərindən tərtib olunmuş və daim artan kolleksiyası ilə tanış olmaq mümkündür. Burada yerləşən rahat ab-hava şəraitli kafe isə qeyri-formal müzakirələr və görüşlər guşəsi olaraq, Mərkəzin yaradıcı mühitini tamamlayır.

YARAT-ın fəaliyyətində təlim-tədris xüsusi yer tutur. Təşkilatın xüsusi tədris proqramı görüşlərdən, müsabiqələrdən, praktiki məşğələlərdən ibarətdir və ən müxtəlif dinləyici qruplarını tələbə rəssamlardan tutmuş ailələrə kimi hədəfə alır. Bu proqramın ehtiyaclarını təmin etmək üçün yeni mərkəzdə kitabxana və toplantı salonu olan tədris bazasına da yer ayrılıbdır.

İran əsilli rəssam Şirin Neşat təsirli foto və video instalyasiyaların müəllifi kimi şöhrət qazanıb. O, əsərlərində tez-tez cəmiyyətin sosial, mədəni və dini kodlarına, müəyyən qarşıdurmaların necə dəyişilməsinə müraciət edir – açıq ilə tünd, ağ ilə qara, kişi ilə qadın motivlərinin bir-birinin gözəçarpan əksini təşkil etdiklərini nümayiş etdirir.

Şirin Neşat xaricdə təhsil almaq üçün 1974-cü ildə İranı tərk edib və vətənə 1990-cı ildə gəlib. Onun bu səfəri yaradıcılığına güclü təsir göstərib, sənətində novator olmağı üçün ona ilham verib. 1999-cu ildə “Coşqun” adlı filminə görə Venesiya Biennalesinin beynəlxalq mükafatını qazanıb. 2000-ci ildə Londonun “Serpentine” qalereyasında fərdi sərgisi keçirilib. Şirin Neşat bir çox mükafatlara, o cümlədən Koreya Biennalesində (2000) Qran-priyə, Davosda Dünya Biznes Forumunun Büllur prizi (2014), “Kişilərsiz qadınlar” adlı filminə görə Venesiya Beynəlxalq Kino Festivalının (2008) “Ən yaxşı rejissor işi” nominasiyasında “Gümüş Şir” mükafatlarına layiq görülüb.

Şirin Neşatın fərdi və qrup sərgiləri ABŞ, Yaponiya, Yunanıstan, Niderland, Avstriya və digər ölkələrin ən nüfuzlu sənət ocaqlarında nümayiş etdirilib. O, hazırda Nyu-Yorkda yaşayıb çalışır.

YARAT Müasir İncəsənət Mərkəzində təşkil olunan “Şirin Neşat: Gözlərimin evi” adlı sərgisi iyunun 23-dək davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident: Azərbaycan xarici siyasət konsepsiyasında Avropa İttifaqının üzvü olmağı hədəfləmir

Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı daxil olan müraciətlər son dörd ildə üç dəfə artıb

Azərbaycan Prezidenti: Qarabağda əsas maneə basdırılmış minalardır

NASA canlı yayımla Beynəlxalq Kosmik Stansiyanın 25 illiyini qeyd edib

Milli Məclisin Sədr müavini Azərbaycan gənclərinə çağırış edib

“Azerbaijan International Mining Company Limited” yeni mədən texnikalarını təqdim edəcək

Bakıda “Məhmət Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı olacaq

Azərbaycanın tarixçi-aliminin əsəri Özbəkistanda nəşr olunub

Prezident: Təəssüflər olsun ki, Avropada liderlər arasında Borel, Metsola kimi populist insanlar var

Energetika naziri Şabranda vətəndaşlarla görüşəcək

Baydenin G7 liderləri ilə virtual görüşü mətbuata qapalı keçiriləcək

“Polyaklar Azərbaycanda” adlı virtual sənəd sərgisi istifadəçilərin ixtiyarına verilib

Rejissor təlimlərinin çəkiliş mərhələsinə başlanılıb

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Prezident İlham Əliyev: Ola bilər ki, cənab Borel yuxular görür

“ASAN xidmət” və İİB arasında əməkdaşlıq inkişaf edir

Prezident: Azərbaycan və Gürcüstan yaxın tərəfdaşlardır

Bakıda “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı forum keçirilir

Oktyabrın 7-dən bəri İsrail ordusunun itkiləri 410 nəfərə çatıb

İsveçdə iş saatının azaldılması məsələsi nəzərdən keçirilir

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar bilik yarışı keçirilib

DOST RİM “World Finance” beynəlxalq qurumunun "Dünya Maliyyə İnnovasiya Mükafatları" müsabiqəsinin qalibi olub

Prezident İlham Əliyev: Ermənistan beş məlum prinsipi qəbul etməyə yaxındır

“Yeni klinika”da Ambulator klinika istifadəyə verilib

Vüqar Həşimov Memorialının loqosu “Alov qüllələri”ndə əks olunur

Paytaxt məktəbliləri “Ədibin evi”ndə qonaq olublar

Gənclər Kitabxanasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində növbəti tədbir

Prezident: Ermənistanda revanşizm cəhdlərinin olmayacağı ilə bağlı Azərbaycana qəti şəkildə qarantiya lazımdır

Milli üzvü: Azərbaycanda həndbolu inkişaf etdirmək üçün yaxşı məktəb olmalıdır - MÜSAHİBƏ

Milli Məclisdə Qərbi Azərbaycana qayıdışa gənclərin baxışı mövzusunda ictimai dinləmə keçirilir

UNEC ilə “Veysəloğlu” arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

® Orqan transplantasiyası Mərkəzi Gömrük Hospitalında icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində icra olunur

Azərbaycan Prezidenti: Biz keçmiş məcburi köçkünləri layiqli iş yerləri ilə təmin edə bilərik

Sahil Babayev: Ailə dəyərlərinin artırılması zorakılığın qarşısının alınmasına böyük kömək ola bilər

Emin Əmrullayev: Ailədə baş verən zorakılıq cəmiyyətdə özünü büruzə verir

AMEA-da islahatların yeni mərhələsinə start verilib

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti “Sədərək” ticarət mərkəzində təlim təşkil edib

Bu gün Qafqazın ilk dövlət arxivi olan Azərbaycan arxivinin yaradılmasından 103 il ötür

Finlandiya Respublikasının Prezidenti Zati-aliləri cənab Sauli Niinistöyə

Prezident İlham Əliyev Qarabağda erməni sakinlər üçün yaradılan şəraitdən danışıb

Nəqliyyat vasitələrinin komponentləri və texniki qurğularına dair dövlət standartları qəbul edilib

Azərbaycan Prezidenti: Biz regiona sülhü artıq gətirmişik

AFFA rəsmisi Çempionlar Liqasının oyununa təyinat alıb

Son 45 gündə “qara bazar”da dəyəri 4 milyon manatdan çox olan narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Prezident: Azərbaycan bütün məsələləri BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq həll edib

Faktiki hava: Ölkə ərazisində müşahidə olunan küləyin sürəti zəifləyib

Ceyhun Sultanov: "Qarabağ" bu çıxışı ilə növbəti çempionluğa doğru getdiyini göstərir

Nizami poeziyasından bəhs edən monoqrafiyanın təqdimatı olub

Prezident İlham Əliyev: Antiterror tədbirləri nəticəsində mülki infrastruktur və dinc əhali arasında heç bir itki olmayıb

Azərbaycan Prezidenti: Ümid edirdik ki, Qarabağ ermənilərinin nümayəndələri ilə təmaslar qura biləcəyik

Dünya birjalarında neft ucuzlaşıb

Prezident: Məcburi köçkünlərə maksimal həyat şəraitinin yaradılması üçün əlimizdən gələni edirik

Daha bir müharibə əlilinin əməliyyat xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb

Azərbaycanın qeyri-neft ixracı 10 faizdən çox artıb

Fərid Qayıbov növbəti dəfə idmançılarla görüşüb

Bakıdakı Rus evində gitara musiqisi konserti olacaq

Prezident İlham Əliyev: Suverenliyimizi bərpa edəndə Qarabağda böyük həcmdə çoxsaylı erməni hərbi kontingenti var idi

® Beynəlxalq tədbirdə Azərbaycanda insanların kimyəvi maddələrin mənfi təsirinə məruz qalmasının profilaktikası barədə məlumat verilib

Bu gün rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır

Prezident İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda iştirak edir - YENİLƏNƏCƏK VİDEO

Bakıda məişət zorakılığı ilə mübarizəyə həsr olunmuş konfrans keçirilir

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Qazaxda vətəndaşlarla görüşəcək

DİN: Ötən gün qanunsuz saxlanılan 4 tüfəng aşkar edilərək götürülüb

ADA Universitetində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forum keçiriləcək

Xaçmazda qəzada ölən motosiklet sürücüsünün kimliyi müəyyənləşib

Kür çayında mühafizə tədbirləri görülür

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb

Heydər Əliyev Mərkəzində FIA həftəsi qonaqlarının qarşılanma tədbiri təşkil olunub

Samuxda yol kənarında “Kalaşnikov” və ov tüfəngi aşkarlanıb

Paytaxtın bir sıra yollarında sıxlıq yaranıb - SİYAHI

Hindistanın cənub-şərqində qasırğa 17 nəfərin həyatına son qoyub

İsrail Qəzzada 138 girovun qaldığını bildirib

G7 ölkələrinin liderləri məsləhətləşmələr aparacaqlar

Çin dünyanın ilk 4-cü nəsil atom elektrik stansiyasını istifadəyə verib

İtaliyada səhiyyə işçiləri tətil ediblər

Alimlər iynəsiz yeni vaksinasiya üsulunu kəşf ediblər

İtaliya və Albaniya qanunsuz miqrasiya sahəsində əməkdaşlığı gücləndirir

Bosniya və Herseqovinanın Aİ-yə üzvlüyü ilə bağlı müzakirələr martda başlana bilər

Daniel Bekstrem müvəqqəti olaraq İsveç yığma komandasını çalışdıracaq

Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının təmini ilə bağlı maarifləndirici vəsait hazırlayıb

“Northeastern University”: Alzheimer xəstəliyi demensiyanın səbəblərindən biri ola bilər

Bosniya və Herseqovinanın keçmiş təhlükəsizlik nazirinə üç il həbs cəzası verilib

Qoa Danyel: Yeni Kaledoniyanın müstəqilliyi uğrunda mübarizəmizi davam edəcəyik

Azərbaycan Tbilisidə keçiriləcək ənənəvi qış xeyriyyə yarmarkasında iştirak edəcək

Meksika mətbuatında Qərb KİV-lərinin ikili standartlarından bəhs edilib

Yaponiya mühəndisləri məlumatların ötürülməsində rekord sürətə nail olublar

Azərbaycan Moda Həftəsi möhtəşəm moda nümayişi ilə başa çatıb

“Time” jurnalı: Lionel Messi 2023-cü ilin idmançısı seçilib

Azərbaycan Prezidentinin dekolonizasiya ilə bağlı Bakıda keçirilən konfransın iştirakçılarına müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb

BMT: “Taxıl sazişi”nin bərpası istiqamətində işlər davam etdirilir

Yeniyetmələr arasında beynəlxalq “Təhsil” turnirinə start verilib

Yüksək Liqa: “Azərreyl” və “Murov Az Terminal” komandaları qələbə qazanıblar

Moskvada Azərbaycanın və İranın xarici işlər nazirlərinin görüşü olub YENİLƏNİB

AMEA-nın prezidenti Türkiyə Elmlər Akademiyasında çıxış edib

Naxçıvanda “Tibb və əczaçılıq biznesinin inkişafı” forumu keçirilib

Prezidentin köməkçiləri və nazirlər STEAM Azərbaycan Festivalında

Azərbaycan XİN Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrelin qərəzli fikirlərini şərh edib

Ceyhun Bayramov: Xəzərin hüququ statusuna dair konvensiyanın ratifikasiyası Moskva görüşünün əsas mövzularından idi VİDEO

Azərbaycan Mətbuat Şurasının AZƏRTAC-ın əməkdaşının jurnalist fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı bəyanatı