Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Bakıda beşulduzlu “Four Seasons Hotel Baku”nun açılışı olmuşdur
Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir

Bakı, 3 sentyabr (AZƏRTAC). Sentyabrın 3-də Bakıda daha bir beşulduzlu otelin - “Four Seasons Hotel Baku”nun açılışı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan Prezidenti və xanımı oteldə yaradılmış şəraitlə tanış oldular.

Məlumat verildi ki, nadir memarlıq həlli ilə diqqəti cəlb edən “Four Seasons” otellər şəbəkəsi fərdi üslubu, yüksək keyfiyyəti və çoxsaylı xidmət növləri ilə fərqlənir. Belə bir beynəlxalq səviyyəli şirkətin Azərbaycanın turizm bazarına maraq göstərməsi ölkəmizdə istər yerli, istərsə də xarici investorlar üçün yaradılan əlverişli sərmayə mühitindən irəli gəlir. Bu, həm də dünyanın inkişaf etmiş ölkələri sırasında yerini möhkəmləndirən Azərbaycanda otel biznesinin genişləndirilməsinə və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına böyük imkanlar açır. “Four Seasons Hotel Baku” kompleksinin yaradılması da bu istiqamətdə atılan əsas addımlardan biridir. 

Qeyd edildi ki, klassik və müasir dizaynı ilə seçilən bu kompleksdə beynəlxalq və milli memarlıq üslubu peşəkarlıqla uzlaşdırılmışdır. “Four Seasons” özünün yeni incisini - “Four Seasons Hotel Baku”nu Xəzər dənizinin sahilində, ekoloji təmiz zonada turistlərin ixtiyarına verir.

Diqqətə çatdırıldı ki, “Four Seasons” otellərinə xas mahir ustalıqla inşa edilən yeni memarlıq əsəri “Beaux-Arts” dəbinin parlaq nümunəsi olmaqla tarixiliklə yanaşı, müasir dəbin ahəngini əks etdirir. Əzəmətli tağların altından keçərək içəri daxil olan hər kəsi ayrı-ayrı elementləri incə zövq və zərifliklə işlənən vestibül, sözün əsl mənasında, valeh edir.

Bildirildi ki, möhtəşəmliyi və gözəlliyi ilə seçilən otelləri idarə edən “Four Seasons Hotels and Resorts” şirkəti beynəlxalq mehmanxanalar şəbəkəsidir. “Four Seasons” şəbəkəsinə 30-dan çox ölkədə 90 otel daxildir. Yarım əsr ərzində “Four Seasons” öz sahəsində liderliyi qoruyub saxlamağa müvəffəq olmuşdur. Şəbəkəyə daxil olan otellər dəfələrlə müxtəlif mükafatlara layiq görülmüşdür. Mənzil-qərargahı Kanadanın Toronto şəhərində yerləşən “Four Seasons” otellər şəbəkəsinin tarixi 1960-cı ildən başlayır. O vaxt Torontoda şəbəkənin ilk oteli açılmışdır. Ötən əsrin 90-cı illərində mülkiyyət bazarını daha da genişləndirən “Four Seasons” dünya liderinə çevrilmişdir. “Four Seasons” şəbəkəsi otellərlə yanaşı, daşınmayan əmlak bazarında “Residence Clubs” adı ilə tanınan proqramın idarə olunmasında iştirak edir.

Prezidentə və xanımına məlumat verildi ki, “Four Seasons Hotel Baku”nun orijinallığını artıran və daha çox diqqəti cəlb edən amillərdən biri də dizayn zamanı milliliyin diqqətdə saxlanılmasıdır. Təsadüfi deyildir ki, “Four Season Hotel Baku”nun bütün zallarına və toplantı otaqlarına ecazkar Azərbaycan muğamlarının adı verilmişdir. Burada “Segah” adlı 500 nəfərlik böyük ziyafət zalı yaradılmışdır. Bu zalda xüsusi mərasimlər və digər əlamətdar tədbirlər keçirmək mümkündür. Belə mərasimlərin keçirilməsi üçün həcmcə daha kiçik bir zal - 390 nəfərlik “Rast” zalı da istifadəyə verilmişdir. Otelin “Şur”, “Çahargah”, “Bayatı-Şiraz”, “Hümayun”, “Şüştər” otaqlarında müxtəlif işgüzar görüşlərin keçirilməsi üçün bütün şərait yaradılmışdır. Qonaqların istirahətini yüksək səviyyədə təşkil etmək üçün hər cür avadanlıqla təchiz olunmuş müxtəlif idman zalları yaradılmışdır. Füsunkar mənzərəli 10 prosedur otağı da qonaqların ixtiyarına verilmişdir.

Məşhur “Four Seasons” otellər şəbəkəsinin dünyada sayca 90-cı oteli “Four Seasons Hotel Baku” 27 lüks və yüksək səviyyəli qonaqlar üçün nəzərdə tutulan 2 nömrə də daxil olmaqla, ümumilikdə 171 geniş otaqdan ibarətdir. Klassik interyeri, göz oxşayan rəng çalarları və gözəl balkonları ilə diqqəti çəkən otaqlar yüksək texnologiya ilə təchiz olunmuşdur. Otaqların əksəriyyətindən Bakının və Xəzər dənizinin füsunkar mənzərəsini seyr etmək mümkündür. Burada müxtəlif zövqlərə uyğun nömrələrlə yanaşı, müştərilərə zəngin əyləncə növləri də təklif edilir.

Bildirildi ki, otelin restoranında da qonaqlar üçün hər cür şərait yaradılmışdır. Restoranda özəl ziyafətlər üçün “Qarabağ” zalı da fəaliyyət göstərir. Otelin mətbəxləri yüksək keyfiyyətli avadanlıqla təchiz olunmuşdur. Bu işi peşəkar mətbəx və camaşırxana avadanlığının quraşdırılması ilə bağlı bir çox layihələrdə iştirak edən “Minox” şirkəti həyata keçirmişdir. Son dəbdə yaradılan otelin fəaliyyətə başlaması ümumilikdə 350-yə yaxın yeni iş yerinin açılması deməkdir.

Qeyd edildi ki, şüşə tavanlı hovuz da otelin memarlıq quruluşuna xüsusi gözəllik verir. Çoxdilli xidmətlərin mövcud olduğu, şəhərin əyləncə məkanlarını asanlıqla tapmaq və tarixi yerlərə, çimərliklərə səyahət etmək üçün nadir məkanda yerləşən “Four Seasons Hotel Baku”nun fəaliyyəti bununla bitmir. Otel həm də Azərbaycanın görməli yerlərinə və bölgələrinə turist səfərləri planlaşdırmaq imkanı yaradır.

“Four Seasons Hotel Baku”nun istifadəyə verilməsi Şərq və Qərb koloritlərini özündə təcəssüm etdirən doğma paytaxtımızın simasına yeni bir elementin daxil olması deməkdir. Mükəmməl memarlıq quruluşu ilə seçilən bu oteldə yaradılan şərait istər istirahət, istərsə də işgüzar görüşlər zamanı qonaqlara “Four Seasons” sayağı qayğını hiss etməyə geniş imkanlar açır.

Otel kompleksi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivlə görüşdü.

Dövlətimizin başçısı İlham ƏLİYEV otelin kollektivini salamlayaraq dedi:

-Əziz dostlar, mən sizin hamınızı “Four Seasons Baku” otelinin açılışı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Otelin fəaliyyətinə uğurlar arzulamaq istəyirəm. Azərbaycanda “Four Seasons” otelinin açılışı böyük hadisədir.

“Four Seasons” dünya şöhrətli otellər şəbəkəsidir və bir keyfiyyət rəmzidir. Mən çox şadam ki, otel həm xarici görünüşü, həm daxili dizaynı baxımından ən yüksək standartlara cavab verir. Hesab edirəm ki, “Four Seasons” otellərin arasında öz gözəlliyi ilə seçiləcək, fərqlənəcəkdir. Deyə bilərəm ki, Azərbaycanın ən gözəl oteli hazırda məhz “Four Seasons” otelidir.

Otel bir sənət, memarlıq əsəridir. Daxili dizayn zövq oxşayır. Burada hər şey böyük zövqlə, böyük məhəbbətlə təşkil edilibdir. Otaqlar çox rahatdır. Geniş iclas yerləri, istirahət zonaları, restoranlar, barlar, yəni, bir sözlə burada olan səviyyə artıq özü bir səviyyəni müəyyən edir.

Biz bir çox hallarda Azərbaycanda gedən quruculuq işlərinə Avropa, yaxud da ki, dünya standartları anlayışı ilə yanaşırıq. Amma hazırda Azərbaycanda yaradılan binalar, əsərlər artıq Azərbaycan standartlarını da formalaşdırır. “Four Seasons Baku” oteli dünya standartları, Azərbaycan standartları səviyyəsindədir. Mən buna çox sevinirəm.

Otelin yeri də çox gözəldir. Bu, şəhərimizin ən mərkəzi yerlərindən biridir - “Azneft” meydanıdır. Otelin bir tərəfində qədim İçərişəhər yerləşir. İçərişəhər bizim tarixi sərvətimizdir. O biri tərəfdə müasir bulvar yerləşir. Yəni, burada qalan qonaqların istirahət etmələri, şəhərimizlə tanış olmaları üçün bütün şərait vardır.

Otelin memarlığı da qədim Bakı memarlığına uyğundur. Bu otel Azərbaycana yaraşır, Azərbaycan isə “Four Seasons” otellər şəbəkəsinə qucaq açır. Mən çox şadam ki, belə möhtəşəm memarlıq və sənət əsəri Bakıdadır, Azərbaycandadır. Azərbaycan buna layiqdir. Bakıya gələn qonaqlar şəhərin gözəlliyi ilə tanış olacaq, eyni zamanda, bu gözəl oteldə istirahət edəcəklər.

Ölkəmizdə otellərin sayı getdikcə artır. Azərbaycanda son bir il ərzində bir neçə dünya şöhrətli otellər şəbəkəsi açılmışdır. Onların sadəcə sadalanması onu göstərir ki, doğrudan da Bakı dünyanın mərkəzinə çevrilir. Son bir il, ya bir ilyarım ərzində “Kempinski”, “Hilton”, “Sheraton”, “Marriott”, “Jumeirah” və nəhayət, “Four Seasons” otellərinin açılması, növbəti aylarda “Fairmont” otelinin açılışı Azərbaycanın nəinki turizm potensialını, ümumiyyətlə, potensialını göstərir. Çünki mən başqa belə bir şəhər tanımıram ki, qısa müddət ərzində dünyanın aparıcı otelləri burada öz otellərini açsınlar. Bu, Azərbaycana olan inamın təzahürüdür. İnvestorların Azərbaycanın bu gününə, gələcəyinə olan inamının təzahürüdür. Şəhərimizin sürətlə inkişaf etməsinin təzahürüdür.

Hazırda Bakıda dünyanın ən gözəl yerlərində olduğu kimi, infrastruktur, xidmət şəraiti, otellər, restoranlar, gəzinti yerləri vardır.

Bakı doğrudan da yaşamaq üçün çox gözəl şəhərə çevrilir. Bakının gözəlliyi üçün quruculuq, abadlıq işləri böyük diqqətlə, dəqiqliklə, həssaslıqla və zövqlə aparılır. Biz qədim tarixi simasını saxlamaqla şəhərimizi müasirləşdiririk. Yeni zonalar açılır. Vaxtilə bulvarın bundan sonrakı hissəsində köhnəlmiş gəmiqayırma, təmir zavodları yerləşmişdi. İnsanlar üçün bu yerlər qapalı idi. Ancaq bu köhnə zavodlar köçürüləndən və yeni bulvar zonası yaradılandan sonra görün insanlar üçün nə qədər böyük imkanlar yarandı! Orada xüsusi velosiped zolaqları, gəzinti üçün yerlər yaradıldı.

Bulvarın tarixi uzunluğu 3,5 kilometrə bərabərdir. İndi Bayraq Meydanındakı dənizkənarı zolaq ilə birlikdə bulvarın uzunluğu 14 kilometrə çatacaqdır. Bu, doğrudan da böyük işlərin təzahürüdür. Mən çox şadam ki, şəhərimiz gözəlləşir, inkişaf edir. Azərbaycanda gedən bütün proseslər müasir standartlara cavab verir. İqtisadiyyatımızın bu sektorunun inkişafı da Prezident kimi məni çox sevindirir. Qeyri-neft sektorunun, xidmət sahəsinin inkişafı ölkəmizin dayanıqlı inkişafından xəbər verir. Təsadüfi deyildir ki, bu ilin birinci altı ayında qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artmışdır. Belə gözəl otellərin yaradılması Bakıya turistlərin, qonaqların cəlb edilməsi üçün də çox vacibdir. Çünki burada artıq qonaqları ən yüksək səviyyədə qəbul etmək üçün bütün şərait vardır. Nəzərə alsaq ki, xarici əlaqələrimiz genişlənir, bizim tərəfdaş ölkələrin sayı artır və demək olar Bakıda hər həftə müxtəlif beynəlxalq tədbirlər keçirilir, əminəm ki, otelin fəaliyyəti çox uğurlu olacaqdır. Bu, artıq otellər arasında bir flaqmandır, bir brenddir. Bu, doğrudan da böyük və tarixi hadisədir. Çünki siz, “Four Seasons”ın əməkdaşları yaxşı bilirsiniz ki, bu otel dünya miqyasında bir nömrəli otellər brendidir.

Çox şadam ki, burada işləyənlərin əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Onlar həm son illər ərzində təhsil, təlim almış, həm də Azərbaycandan olan və “Four Seasons”ın başqa şəhərlərdəki otellərində fəaliyyət göstərən insanlardır ki, onlar indi öz Vətəninə qayıdıblar. Çünki onları Azərbaycana Vətən sevgisi bağlayır. Onların Vətənində, bizim Vətənimizdə indi işlər elə sürətlə gedir ki, burada istənilən yüksək səviyyəli məsələ həll oluna bilər. Bizi, azərbaycanlıları fərqləndirən cəhətlərdən biri də odur ki, biz öz Vətənimizə bağlıyıq. Öz Vətənimizdə elə şərait yaratmalıyıq ki, hazırda xaricdə yaşayan soydaşlarımızın böyük əksəriyyəti Azərbaycana gəlsin. Biz indi gəncləri oxumaq üçün xaricə göndəririk. Onlar da Vətən sevgisi ilə yaşayırlar və istəyirlər ki, Vətənə qayıtsınlar. Amma şərait olmalıdır. Azərbaycanda elə şərait olmalıdır ki, bütün dünyada yaşayan azərbaycanlılar öz ölkələri ilə fəxr etsinlər və bu, artıq reallıqdır.

Mən sizi ürəkdən salamlayıram. Əminəm ki, otelin fəaliyyəti çox uğurlu olacaqdır. Bir daha demək istəyirəm ki, Azərbaycanda “Four Seasons” otelinin açılması adi hadisə deyildir. Bu, doğrudan da ölkəmizin inamlı və uğurlu inkişafının təzahürüdür. Əgər ölkəmiz bu sürətlə inkişaf etməsəydi, - siz də bunu bilirsiniz, mən də bilirəm, - “Four Seasons” heç vaxt burada öz otelini açmazdı. Ona görə bu hadisənin çox böyük rəmzi mənası və böyük əhəmiyyəti vardır.

Mən sizin hamınızı ürəkdən təbrik edirəm, sizə cansağlığı, uğurlar arzulayıram. Sağ olun.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb