İDMAN


Bakıda çimərlik voleybolu üzrə yarışın qalibləri müəyyənləşib

Bakı, 11 may, AZƏRTAC

Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə çimərlik voleybolu üzrə yarış təşkil olunub.

AZƏRTAC xəbər verir ki, yarışda 11 qadın və 13 kişi komandası birincilik uğrunda mübarizə aparıb. Qadın və kişi komandaları ilkin mərhələdə 4 qrupda yarışıblar. Qrup mərhələsində ilk iki yeri tutan komandalar növbəti mərhələyə yüksəliblər.

Daha sonra yarımfinal və final oyunları keçirilib. Qadın komandaları arasında bürünc medal uğrunda görüşdə “AVİF-1” komandası “Azərreyl-2”yə 2:0 hesabı ilə qalib gəlib. Qızıl medal oyununda isə “Azərreyl-1” komandası “Azərreyl-3”ü 2:0 hesabı ilə məğlub edərək yarışın qalibi adını qazanıb.

Kişi komandaları arasında üçüncü yer uğrunda “Redbull”-“Lokomotiv-1” görüşü keçirilib. Rəqibini 2:0 hesabı ilə məğlub edən “Redbull” yarışın bürünc medalına sahib olub. Qızıl medal uğrunda isə “Azərreyl-1” komandası FHN-dən güclü olub – 2:0.

Sonra mükafatçılara Azərbaycan Voleybol Federasiyası tərəfindən kubok və medallar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.