İDMAN


Bakıda futvolley üzrə açıq beynəlxalq turnirin finalçıları müəyyənləşib

Bakı, 15 iyul, AZƏRTAC

Bakıda futvolley üzrə açıq beynəlxalq turnirin finalçıları müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, turnirin yarımfinal mərhələsində Braziliya millisi Hollandiyanı, Avstriya yığması isə İranı 2:0 hesabı ilə məğlub edib.

Beləliklə, bürünc medal uğrunda görüşdə Hollandiya və İran yığmaları, həlledici qarşılaşmada isə Braziliya və Avstriya komandaları üz-üzə gələcəklər.

Qeyd edək ki, Azərbaycan millisi turniri beşinci pillədə başa vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.