MƏDƏNİYYƏT
Bakıda gənc rəssamların əsərlərindən ibarət rəsm sərgisi açılacaq

Bakı, 27 yanvar, AZƏRTAC
Fevralın 1-də Heydər Əliyev sarayında “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində 2 Fevral - Gənclər Günü münasibətilə “AXIN” adlı sərgi açılacaq.
Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə reallaşacaq.
Sərgi gənclərin cəmiyyətdəki fəallığının təmin edilməsi, istedad və bacarıqlarının üzə çıxarılması, mədəni tədbir və layihələrdə iştiraklarının dəstəklənməsi, bədii-estetik zövqünün formalaşdırılması məqsədilə təşkil olunacaq.
Sərginin ekspozisiyasında 40 nəfərə yaxın gənc rəssamın rəsm əsəri sərgilənəcək.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 30.09.2023 [19:28]
Kuklaçılar Gəncədə
- 30.09.2023 [16:30]
Ənənəvi musiqi bayramı – Bakı Caz Festivalı başlayır
- 30.09.2023 [15:41]
“Sevənlərindir dünya” tamaşası yenidən səhnədə
- 30.09.2023 [15:16]
Avropanın ən məşhur on turizm şəhərinin siyahısı açıqlanıb
- 30.09.2023 [11:13]