İQTİSADİYYAT


Bakıda ilk dəfə “Aşpazlar Kuboku” çempionatı keçiriləcək

Bakı, 24 yanvar, AZƏRTAC

Mayın 15-17-də Bakı Ekspo Mərkəzində keçiriləcək "World Food Azerbaijan 2019" sərgisi çərçivəsində birinci "CHEFS CUP 2019" (Aşpazlar Kuboku 2019) çempionatı təşkil olunacaq.

"Iteca Caspian" şirkətindən AZƏRTAC-a bildirilib ki, çempionatda iştirak Azərbaycanın bütün bölgələrindən olan və aşpazlıq sənətinin müxtəlif sahələrini təmsil edən komanda və fərdlərə öz işlərində yüksək peşəkarlıqlarını, istedadlarını və dünya miqyasında mehmanxana-restoran biznesinin tələbləri ilə ayaqlaşmaq arzusunu nümayiş etdirmək üçün fürsət yaradır. Yarışa beynəlxalq çempionatların təşkili və hakimliyi üzrə böyük təcrübəyə malik mütəxəssislər cəlb edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.