İQTİSADİYYAT


Bakıda ilk dəfə olaraq Gənclər İnternet İdarəçilik Forumu keçiriləcək

Bakı, 15 mart, Pərvanə Rəhimova, AZƏRTAC

May-iyun aylarında Bakıda ilk dəfə olaraq Gənclər İnternet İdarəçilik Forumu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin İnkişaf proqramının (UNDP) Azərbaycan üzrə layihə meneceri Vasif Məmmədov deyib.

“BMT-nin İnkişaf Proqramının (UNDP) dəstəyi ilə keçiriləcək bu forum tamamilə başqa platformadır. 2-3 gün davam edəcək Gənclər İnternet İdarəçilik Forumu kamp şəklində təşkil olunacaq. Mövsümü olaraq havanın daha əlverişli olmağını gözləyirik. Çünki gənclər üçün elə bir atmosfer yaradılmalıdır ki, onlar sərbəst düşünüb vacib məsələləri müzakirə edə bilsinlər. Forumda Gürcüstan, Türkiyə, Qazaxıstan və bir sıra digər ölkələrdən gənclərin iştirakı planlaşdırılır”,- deyə Vasif Məmmədov əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.