İDMAN


Bakıda keçiriləcək ikinci beynəlxalq həmrəylik tennis çempionatının loqosu təqdim olunub

Bakı, 7 iyun, AZƏRTAC

Bakıda keçiriləcək ikinci beynəlxalq həmrəylik tennis çempionatının yerli Təşkilat Komitəsi bu mühüm turnirin loqosunu təqdim edib.

AZƏRTAC xəbər verir ki, loqo “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının irsini davam etdirən tennis çempionatında istifadə olunacaq.

İyulun 23-28-də keçiriləcək ikinci beynəlxalq həmrəylik tennis çempionatı İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) və Azərbaycan Milli Olimpiya Komitəsinin imzaladığı birgə tərəfdaşlığa dair Anlaşma Memorandumuna əsasən təşkil olunacaq. Anlaşma Memorandumunu cari il aprelin 19-da İHİF-in baş katibi Məhəmməd Əl-Qarnas və MOK-un vitse-prezident Çingiz Hüseynzadə imzalayıblar.

Memorandumun məqsədi İHİF-ə üzv ölkələrin idmançıları arasında İslam həmrəyliyini möhkəmləndirmək, ən yüksək idman dəyərləri və prinsiplərini qoruyub saxlamaq, müsəlman ölkələrində idman və Olimpiya hərəkatını, gənclər arasında birlik və qardaşlığı təbliğ etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.