İDMAN
Bakıda keçirilən Formula 2 üzrə birinci yarışın qalibləri müəyyənləşib
Bakı, 27 aprel, AZƏRTAC
Aprelin 27-də Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən Formula 2 üzrə birinci yarışın qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, yarışda “Campos Racing” komandasının pilotu Cek Aitken birinci, “ART Grand Prix”dən Nik de Vries ikinci, “MP Motorsport”un üzvü Cordan Kinq isə üçüncü yeri tutublar.
Mükafatları qaliblərə Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Avtomobil Federasiyasının vitse-prezidenti Mədət Quliyev və Azərbaycan Turizm Bürosunun baş direktoru Florian Zenqstşmid təqdim ediblər.
Aprelin 28-də 23 dövrədən ibarət ikinci yarış təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]
"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq
- 26.04.2024 [14:42]