CƏMİYYƏT


Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan qohumlar yaxalanıb VİDEO

Bakı, 14 fevral, AZƏRTAC 

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər Binəqədi Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ifşa ediliblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cinayəti törətməkdə təqsirli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Sakit Mirzəyev daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı saxlanılıb. Onun üzərinə baxış zamanı 11 büküm heroin aşkarlanaraq götürülüb. Araşdırma zamanı həmin şəxsə narkotik maddəni satmaqda şübhəli bilinən, qohumu əvvəllər məhkum olunmuş paytaxt sakini Vahid Həsənov da tutularaq istintaqa təqdim edilib. Həmin şəxsin üzərindən heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

S.Mirzəyevdən 50 qram, V.Həsənovdan 1 kiloqram 50 qram narkotik vasitə və elektron tərəzi də aşkarlanaraq götürülüb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Onların barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.