CƏMİYYƏT


Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Bakı, 12 fevral, AZƏRTAC 

Xəzər Rayon Polis İdarəsinin 2-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın fevralın 10-da Buzovna qəsəbəsi ərazisində naməlum şəxsin içərisində pulu və mobil telefonu olan çantasını açıq talama yolu ilə aldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ə.Stupka polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Həmin şəxsin digər cinayət əməlinin də üstü açılıb. Onun Şüvəlan qəsəbə sakini olan azyaşlı qızı bıçaqla hədələyərək quldurluq yolu ilə qulağındakı qızıl sırğalarını aldığı da müəyyən edilib.

Faktlarla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.