MƏDƏNİYYƏT
Bakıda rәssam Әmrulla İsrafilovun vә hеykәltәraş Sahib Quliyеvin sәrgisi keçirilәcәk
Noyabrın 11-dә Azәrbaycan Rəssamlar İttifaqının V.Sәmәdova adına sәrgi salonunda rәssam Әmrulla İsrafilovun vә heykəltəraş Sahib Quliyеvin әsәrlәrindәn ibarәt “Rәngkarlıq vә heykəltəraşlıq” adlı sәrgi açılacaq.
Sәrgidә Ә.İsrafilovun 40-a yaхın boyakarlıq әsәri, S.Quliyеvin isə 35-dək hеykәltәraşlıq әsәri nümayiş olunacaq.
Rəssam Ə.İsrafilovun rəsmləri yerli və xarici iş adamlarının, diplomatların şəxsi kolleksiyalarında, incəsənət qalereyalarında saxlanılır. Eyni zamanda Ə.İsrafilov rəsmləri Moskvada Şərq Xalqları Muzeyində saxlanılan və mühafizə edilən azsaylı rəssamlardandır. Onun rəsm üslubu nəinki Azərbaycanda, hətta əcnəbi ölkələrdə də sənətşünasların diqqətini cəlb edir.
S.Quliyevin yaratdığı heykəltəraşlıq əsərləri isə milli və tarixi xüsusiyyətləri ilə yanaşı, sənətə müasir yanaşmanı özündə əks etdirir. Onun heykəlləri dəyərli incəsənət nümunəsi olaraq Azərbaycan Milli İncəsənət Muzeyində və xarici ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.
“Rəngkarlıq və heykəltəraşlıq” sərgisi noyabrın 21-dәk davam еdәcәk.