CƏMİYYƏT


Bakıda və bölgələrdə gənclərdən ibarət ictimai nəzarət qrupları yaradılıb

Bakı, 16 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin ictimai nəzarətin gücləndirilməsi barədə çağırışından irəli gələrək reallaşdırılan “Koronavirus pandemiyası ilə mübarizədə gənclər təşkilatlarının rolunun stimullaşdırılması” layihəsi çərçivəsində gənclər təşkilatlarından ibarət ictimai nəzarət qrupları yaradılıb.

Azərbaycan Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, fondun maliyyə dəstəyi ilə həyata keçirilən layihənin məqsədi COVID-19 virusu ilə bağlı əhalinin maarifləndirilməsi, bununla da ölkəmizin ərazisində yoluxma sayının minimuma endirilməsinə və vətəndaşları narahat edən məsələlərin aradan qaldırılmasına dəstək olmaqdır.

Mərhələli şəkildə fəaliyyət göstərəcək nəzarət qruplarının fəaliyyətində ilk olaraq pandemiya ilə əlaqədar müəyyənləşdirilmiş qaydalara əməl edilməsi və əhalinin maarifləndirilməsi istiqamətində işlərin aparılması planlaşdırılıb. Bu məqsədlə paytaxt Bakıda və regionlarda 30 gənclər təşkilatının ictimai nəzarət qrupları kimi fəaliyyətə cəlb olunması nəzərdə tutulub.

İctimai nəzarət qrupları gigiyenik vasitələrin (maska, əlcək, spirt) və virusla mübarizə üçün təbliğat materiallarının (flayer, buklet, stiker) paylanılmasında, vətəndaşları narahat edən məsələlərin həllində yaxından iştirak edəcək. Seçilmiş ərazilərin yerli idarəetmə orqanları və təhlükəsizlik strukturları ilə əməkdaşlıq edilməsi də planlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.