CƏMİYYƏT
Bakıdakı Rus evində “Təmiz dünya” sığınacağının uşaqları üçün ustad dərsləri keçirilib



















Bakı, 31 may, AZƏRTAC
Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Bakıdakı Rus evində (RİMM) “Təmiz dünya” sığınacağının uşaqları üçün ustad dərsləri keçirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, uşaqlar üçün ustad dərsləri ilə yanaşı, burada onlara naxış vurmağı və öz əlləri ilə kuklalar düzəltməyi öyrədiblər, eləcə də proqramlaşdırma və robototexnika fənləri üzrə dərs keçirilib.
Tədbir “GİD CSR Consulting” şirkəti, Bank VTB Azərbaycan və Bakıdakı Rus evi tərəfindən təşkil olunub.