İQTİSADİYYAT


Bakının Əhmədli qəsəbəsinin bir hissəsinin istilik təchizatı kəsilib

Bakı, 16 mart, AZƏRTAC

Bakı şəhərinin Əhmədli qəsəbəsinin bir hissəsinin istilik təchizatında qəza ilə bağlı müvəqqəti fasilə yaranıb.

"Azəristiliktəchizat" ASC-dən AZƏRTAC-a bildirilib ki, Əhmədli qəsəbəsinin bir hissəsini istilik enerjisi ilə təchiz edən magistral istilik xəttində qəza baş verib. Qəzanın operativ olaraq aradan qaldırılması üçün lazımi işçi qüvvəsi və xüsusi texnikalar səfərbər edilib, onun ən qısa zamanda aradan qaldırılması üçün bütün lazımi tədbirlər görülməkdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.