İQTİSADİYYAT
Bakının mərkəzində yeni konsept “Bakcell” satış və xidmət mərkəzi istifadəyə verilib
Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkətinin tam yeni üslubda olan konsept satış və xidmət mərkəzinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən şirkətin baş icraçı direktoru Rainer Rathgeber deyib: “Həqiqətən də bu, bizim üçün əlamətdar bir gündür və bildiyiniz kimi ən yaxşı şəbəkə məhz “Bakcell”in şəbəkəsidir. Bizim üçün müştərilərə yüksək səviyyədə xidmət göstərmək çox önəmlidir. Məhz buna görə də, biz bu cür məkanları yaradaraq, peşəkar əməkdaşları işə alaraq müştərilərə xidmət göstərməyə davam edirik. “Bakcell” özünün yüksəkkeyfiyyətli xidmətlərini və ölkədə ən yüksək sürətli mobil şəbəkəni Azərbaycanın bütün bölgələrində yaşayan müştərilərinə təqdim etmək məqsədilə həm mobil rabitə şəbəkəsini, həm də müştəri xidməti və satış şəbəkələrini genişləndirməyə davam edəcək”, - deyə baş direktor qeyd edib.
Bakının Üzeyir Hacıbəyli küçəsi, 48 ünvanında (“Sahil” metrosunun yaxınlığı) yerləşən mərkəzdə istifadəçilər şirkətin geniş çeşiddə təklif etdiyi bütün xidmətlərdən və məhsullardan yararlana bilərlər.