MƏDƏNİYYƏT


Bakıxanovun Təbrizdə aşkarlanan qəzəli kitabxanaya təqdim edilib

Bakı, 8 iyul, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının beynəlxalq əməkdaşlıq çərçivəsində əlaqələri davam edir. Mərkəzi kitabxananın fəxri oxucusu, Nizami Gəncəvi adına Azərbaycan Milli Ədəbiyyat Muzeyinin doktorantı, “Məhfil-i-üns” məclisinin sədri Abbasqulu Ağa Bakıxanovun ədəbi irsini ərəb, fars və türk dillərində olan mənbələr əsasında öyrənən təbrizli tədqiqatçı-alim Hədyə Zəhra Əhmədi hazırladığı videoçarxı kitabxanaya təqdim edib.

AZƏRTAC xəbər verir ki, tədqiqatçı kitabxanaya ərməğan etdiyi videoçarxda Qüdsinin Təbriz kitabxanasında aşkarlanan və ölkəmizdə olmayan Azərbaycan dilində qəzəlinin ilk dəfə təqdim olunduğunu bildirib. Qəzəl gözəl bədii qiraət ustası olan H.Z.Əhmədinin ifasında səslənir.

Xatırladırıq ki, Mərkəzi Kitabxanada keçirilən görüşlərin birində tədqiqatçı A.A.Bakıxanovun poetik irsi haqqında maraqlı məlumatlar vermişdir. H.Z.Əhmədi bildirmişdir ki, Qüdsinin poetik irsini araşdıran zaman o, Təbrizdə və Tehranda A.A.Bakıxanovun (Qüdsinin) əsərlərinin 5000 beytdən çox iki əlyazmalarını aşkar edib. AZƏRTAC-0-və

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.