İQTİSADİYYAT


“Baktelecom” Biləcəridə yenidənqurma işlərinə başlayıb

Bakı, 10 sentyabr, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Telefon Rabitəsi MMC” (“Baktelecom”) Bakı şəhəri və ətraf ərazilərdə telefon, genişzolaqlı internet və digər multimedia xidmətlərinin beynəlxalq standartlarla təşkili istiqamətində irimiqyaslı infrastruktur layihələrini davam etdirir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Baktelecom” Strateji Yol Xəritəsinə əsaslanaraq yüksəksürətli, genişzolaqlı telekommunikasiya infrastrukturunun inkişaf etdirilməsi və tətbiqi istiqamətində “Evədək optika” layihəsinin əhatə dairəsini mərhələli şəkildə genişləndirir. Artıq Biləcəri qəsəbəsində də yenidənqurma işlərinin icrasına başlanılıb. Qəsəbədəki köhnə və yeni tikililərdə olan mənzillərdə telekommunikasiya xətlərinin yenilənməsinə və müasir standartlara cavab verən fiber-optik kabellərlə əvəzlənməsinə başlanılıb.

Bakı şəhəri üzrə 60 minədək mənzildə genişzolaqlı optik şəbəkə aktiv edilib, sakinlər bir optik xətt üzərindən telefon, internet və İPTV xidmətləri ilə təmin olunublar. Hazırda paytaxtın mərkəzi küçələrində yerləşən yaşayış binaları ilə yanaşı, əhalinin sıx məskunlaşdığı Yasamal, Xətai və Nizami rayonlarında, eləcə də Qaradağ və Suraxanı rayonlarında da mənzillərin optik şəbəkəyə keçirilməsi prosesi aparılır.

Layihə fiber-optik xətlər üzərindən 100 Mbit/saniyəyə qədər qoşulma sürəti, kəsintisiz internet, telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malik GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında tətbiq edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.