İQTİSADİYYAT


“Baktelecom” fərdi yaşayış evlərini optik xətlərlə təmin edir

Bakı, 5 avqust, AZƏRTAC

“Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) “Evədək optika” layihəsinin əhatə dairəsinə fərdi yaşayış evlərini də daxil edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, artıq həyət evlərinin sahibləri də fiber-optik xətlərin verdiyi üstünlüklərdən yararlana biləcəklər.

Yeni telekommunikasiya infrastrukturu Biləcəri qəsəbəsində yerləşən Xudadat bəy Məlikaslanov küçəsində yaradılıb. Sakinlər optik xətlər üzərindən keyfiyyətli multimedia xidmətləri, eləcə də bu xidmətləri dəstəkləyən pulsuz modemlərlə təmin ediliblər.

Daha çox sakinə xidmət göstərilməsi məqsədilə yaxın zamanda qəsəbənin bütün ərazisinin fiber-optik xətlərlə təchiz olunması nəzərdə tutulur.

Eyni zamanda, “Evədək optika” layihəsinin Bakıətrafı ərazilərdə də həyata keçirilməsi planlaşdırılır. Bu məqsədlə “Baktelecom” tərəfindən bir çox fərdi yaşayış evlərinin yerləşdiyi massivlərdə optik infrastruktur qurulur.

Qeyd edək ki, layihə GPON (Gigabyte Passive Optical Network - Qiqabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında tətbiq edilir. Texnologiya eyni vaxtda bir fiber-optik xətt üzərindən bir neçə rəqəmsal xidmətin abunəçinin evinə ötürülməsinə imkan yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.