İQTİSADİYYAT
“BakuBus”ın 5 illik yubileyi münasibətilə bir qrup sürücü mükafatlandırılıb
Bakı, 2 oktyabr, AZƏRTAC
Bakı Nəqliyyat Agentliyinin tabeliyində fəaliyyət göstərən “BakuBus” MMC-nin 5 illik yubileyi münasibətilə səmərəli və qüsursuz əmək fəaliyyətində fərqlənən bir qrup sürücü mükafatlandırılıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə son illər Bakı şəhəri üzrə nəqliyyat sahəsində əldə olunan uğurlardan danışılıb, nailiyyətlərin qazanılmasında Bakı Nəqliyyat Agentliyinin xüsusi rolunun olduğu vurğulanıb. Qeyd olunub ki, “BakuBus” MMC fəaliyyətə başladığı ilk gündən sərnişinlərin təhlükəsizliyini, rahatlığını, eyni zamanda, sərnişin-sürücü münasibətlərindəki xoşagəlməz məqamlara son qoymağı əsas fəaliyyət istiqaməti seçib, peşəkar sürücülərin hazırlanması və onların sınaqdan keçirilməsində ən müasir standartalara əsaslanıb. Həmçinin bu işdə sürücülərin əməyi yüksək qiymətləndirilib və onlara yeni uğurlar arzulanıb. Sonda fəaliyyətləri zamanı nümunəvi xidmət göstərən 43 sürücü qiymətli hədiyyələrlə mükafatlandırılıb.