İDMAN
“Baku Fires” komandasının “Dolce Gabbana İtalia Thunder” kollektivinə 5:0 hesabı ilə qalib gəlməsi İtaliya mətbuatında böyük əks-səda doğurmuşdur VİDEO
Roma, 31 mart (AZƏRTAC). İtaliyanın bır sıra idman saytlarında Azərbaycanın “Baku Fires” komandasının İtaliyanın “Dolce Gabbana İtalia Thunder” kollektivinə 5:0 hesabı ilə qalib gəlməsi ilə bağlı yazılar yerləşdirilmişdir.
Məqalələrdə Quba Olimpiya İdman Kompleksində keçirilmiş Dünya Boks Seriyasının (WSB) 1/4 final mərhələsində “Baku Fires” ilə “Dolce Gabbana İtalia Thunder” komandalarının qarşılaşması ilə bağlı ətraflı məlumat verilmiş və bu görüşün nəticəsi italiyalı boksçular və mütəxəssislər tərəfindən təhlil olunmuşdur.
Yazılarda “Dolce Gabbana İtalia Thunder” komandasının baş məşqçisi Francesco Damianinin sözlərinə də yer verilmişdir: “WSB elə bir turnirdir ki, burada zəif rəqib yoxdur. Azərbaycan komandasının güclü rəqib olduğunun bir daha şahidi olduq”.
Məqalələrin tam mətnlərini aşağıdakı linklərdə oxumaq olar:
http://www.2out.it/03/azerbaijan-baku-fires-vs-dolce-gabbana-italia-thunder-5-0/
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma