İDMAN


“Baku Open” turnirində altıncı tura yekun vurulub

Bakı, 30 noyabr, AZƏRTAC

“Baku Open” beynəlxalq şahmat turnirinin altıncı turuna yekun vurulub.

AZƏRTAC xəbər verir ki, altı turun yekununda 6 mümkün xaldan 5,5 xal qazanan Eltac Səfərli liderliyini davam etdirir. E.Səfərlinin altıncı turda Qədir Hüseynovla oyunu heç-heçə başa çatıb. Qədir Hüseynovun aktivində 5 xal var.

Noyabrın 24-də start götürən və İsveçrə sistemi üzrə keçirilən turnirdə Azərbaycan ilə yanaşı, Belarus, ABŞ, Ukrayna, Braziliya, Rusiya, Gürcüstan, Fransa, İordaniya və Əfqanıstandan 156 şahmatçı mübarizə aparır. İştirakçılardan 16-sı qrossmeysterdir.

Turnirə dekabrın 2-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.