CƏMİYYƏT


Bal, enerji və spirtli içkilərin ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 7 avqust, AZƏRTAC

Bal, enerji və spirtli içkilərin ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn bu ölkə vətəndaşının idarə etdiyi “Mercedes-Benz O 403 SHD” markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında saxlanılıb və vətəndaş şifahi sorğu-sual olunub. Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlaması zamanı avtomobilin ön hissəsində yerləşən ehtiyat təkərin içərisində, sağ arxa təkərin üzərində yerləşən gizli saxlanc və yük yerində 40 kiloqram bal, 768 ədəd 250 qramlıq “Red Bull” markalı enerji içkiləri, 82 ədəd 330 qramlıq “Corona Extra” markalı spirtli içkilər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.