REGİONLAR
Balakəndə kartof istehsalı ötən illə müqayisədə 192 ton artıb
Balakən, 6 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunun təsərrüfatlarında kartof yığımı başa çatıb. Məhsul istehsalçıları builki mövsümdə 905 hektar kartof sahəsindən 8407 ton məhsul götürüblər. Hər hektardan orta məhsuldarlıq 92,9 sentner təşkil edib. Kartof istehsalı əvvəlki illə müqayisədə 192 ton artıb.
Bu barədə AZƏRTAC-a Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.
Təsərrüfatlarda tərəvəz, lobya, meyvə və bostan məhsullarının yığımı isə hələlik davam edir. Avqustun əvvəlinə olan son statistik məlumata görə, tərəvəz əkilmiş 2046 hektar sahənin 1653 hektarında məhsul yığımı artıq başa çatıb və tərəvəzçilər 18 min 904 ton məhsul istehsal ediblər. Eyni zamanda, rayonda 571 ton lobya, 1776 ton meyvə, 2227 ton bostan məhsulları istehsal olunub.
Təsərrüfatlarda tütün yığımı da davam edir. Fermerlər indiyədək sahələrdən 600 tona yaxın yaş tütün yarpağı yığaraq emal məntəqəsinə təhvil veriblər.