REGİONLAR


Balakəndə koronavirus əleyhinə təkrar dezinfeksiya işləri aparılıb

Balakən, 15 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Balakən rayonunda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, avqustun 15-də Balakən şəhərinin prospekt və küçələrində, parklarda, həmçinin infeksiyaya daha çox yoluxma hallarının müşahidə olunduğu Qazma, Tülü və digər kəndlərdə növbəti dəfə dezinfeksiya işləri həyata keçirilib. Əlaqədar qurumların texnika və mütəxəssislərinin iştirakı ilə şəhərin küçələri suya xüsusi dezinfeksiyaedici maddələr qatılmaqla yuyulub, səkilər dezinfeksiya edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.