CƏMİYYƏT


Balakəndə quldurluq edən şəxs tutulub

Bakı, 7 aprel, AZƏRTAC 

Balakən Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən şərab evlərinin birində quldurluq cinayətinin baş verməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis şöbəsinin əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib. Bir nəfər naməlum şəxsin mağazaya daxil olub satıcıya balta ilə hədə-qorxu gələrək, ondan spirtli içki tələb etdiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxsin Balakən şəhər sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş 60 yaşlı Hikmət Mansurov olduğu müəyyən olunub. O, şübhəli şəxs qismində saxlanılıb və cinayəti sərxoş vəziyyətdə törətdiyini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.