İDMAN


“Baniyas” klubu Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın maaşını azaltmaq istəyir

Bakı, 1 iyun, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin “Baniyas” klubu Azərbaycan millisinin braziliyalı futbolçusu Riçard Almeydanın maaşını azaltmaq istəyir.

AZƏRTAC xəbər verir ki, BƏƏ təmsilçisi bu ilin yanvarında heyətə qatdığı yarımmüdafiəçiyə məvacibinin azaldılması şərti ilə yeni birillik müqavilə təklif edib. Müqaviləsinin müddəti iyunda bitəcək R.Almeyda yeni şərtlərə görə məvacibinin 40 faiz azalmasına razılaşmalıdı. Əks halda o, klubu tərk etməli olacaq.

Bir müddət əvvəl “Baniyas”da baş məşqçi işləyən almaniyalı mütəxəssis Vinfred Şaferin istefaya göndərilməsindən sonra Almeydanın transferə çıxarılacağı ilə bağlı xəbərlər yayılmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.