İQTİSADİYYAT
“Bank Technique” nüfuzlu beynəlxalq mükafata layiq görülmüşdür
Bakı, 20 iyun (AZƏRTAC). “Bank Technique” “Global Banking & Finance Review” tərəfindən “2013-cü ildə Azərbaycanda ən sürətlə inkişaf edən bank” (“Fastest Growing Bank Azerbaijan 2013”) adına layiq görülmüşdür.
AZƏRTAC xəbər verir ki, “Bank Technique” 2011-ci ili 47,4 milyon manat zərərlə başa vursa da, 2012-ci ilin yekunlarına görə, vergitutmadan sonra bankın mənfəəti 4,434 milyon manat olmuşdur. Bu, beynəlxalq maliyyə təsisatları tərəfindən yüksək qiymətləndirilmiş və nəticədə banka “Fastest Growing Bank Azerbaijan 2013” statusu verilmişdir.
Bundan əvvəl bank “Consulting&Business” jurnalının təsis etdiyi “UGUR” milli mükafatına layiq görülmüş və 2012-ci ildə Azərbaycanın ən dinamik inkişaf edən bankı adını qazanmışdır.
“Global Banking & Finance Review” maliyyə birliyi üçün Böyük Britaniyada yaradılmış dinamik inkişaf edən xüsusi portaldır. Portalın illik auditoriyası 1 milyon nəfərdir və 200 ölkəni əhatə edir.