İQTİSADİYYAT


Bank VTB (Azərbaycan) “İdeyalar Bankı” müsabiqəsi çərçivəsində 30-dan çox iştirakçıdan ideyalar almışdır

Bakı, 18 dekabr (AZƏRTAC). Bank VTB (Azərbaycan) “İdeyalar Bankı” adlı yeni layihəsi çərçivəsində 30-dan çox iştirakçıdan ideyalar almışdır.

Bankdan AZƏRTAC-a bildirmişlər ki, ən maraqlı ideyalar təklif edən iştirakçılara pul mükafatları təqdim olunacaqdır. Mükafat fondunun ümumi məbləği 3500 manatdır.

Mükafat fondu “Orijinal ideya”, “İnnovativ ideya” və “Qızıl ideya” nominasiyaları üzrə paylaşdırılacaqdır. Belə ki, “Qızıl ideya” nominasiyası üzrə qalibə 2000 manat, “İnnovativ ideya” üzrə 1000 manat, “Orijinal ideya” üzrə isə 500 manat veriləcəkdir.

Bu il noyabrın 25-dən başlamış müsabiqəyə 2014-cü il martın 25-də yekun vurulacaqdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.