İQTİSADİYYAT
Bank mütəxəssisləri üçün vebinar keçirilib
Bakı, 4 avqust, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı, Banklar Assosiasiyası və “MasterCard Worldwide” Beynəlxalq Kart Təşkilatı birgə bank mütəxəssislərinin bilik və bacarıqlarının daha da artırılması məqsədilə növbəti vebinar keçirib.
Assosiasiyadan AZƏRTAC-a bildirilib ki, vebinar “Kibertəhlükəsizlik və fırıldaqçılığa qarşı mübarizə sahələrində təqdim olunan həllər” mövzusuna həsr olunub. Vebinarı “Mastercard”ın Kiber və intellektual həllər üzrə direktoru Vitali Rubanov aparıb. Qarşılıqlı müzakirələr əsasında keçirilən vebinarda iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi, ödəniş ekosistemində rəqabətədavamlı məhsul və xidmətlərin təqdim edilməsi istiqamətində maarrifləndirici tədbirlərin icrasını davam etdirir.