İQTİSADİYYAT
“Bank of Baku” “Bolkartla qazan” adlı lotereyaya start verib
Bakı, 28 oktyabr, AZƏRTAC
“Bank of Baku” “Bolkart”ın 5 yaşı münasibətilə 500 bolkartlıya bal, 99 bolkartlıya pul mükafatı və bir şanslı bolkartlıya səyahət paketi və 500 manat qazandıracaq lotereyaya start verib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, “Bolkartla qazan” adı altında keçirilən tirajlı stimullaşdırıcı lotereyada bütün növ “Bolkart” kredit, həm də “Bolkart” debet kart sahibləri iştirak edə biləcəklər.
Lotereyada iştirak hüququ qazanmaq üçün noyabrın 27-dək edilən alış-veriş və onlayn ödəniş məbləğlərinin cəmi dəyəri minimum 20 manat olmalı, həmçinin lotereyanın keçiriləcəyi tarixdən 1 gün əvvəl həmin “Bolkart” aktiv olmalıdır. Ümumi dəyəri 20 manat olan müxtəlif ödənişlərin cəmi kart sahibinə 1 iştirak hüququ qazandırır.
Qeyd olunan tarixədək hər 20 manat həcmində olan bütün əməliyyatların sayı qədər bolkartlılar uduş şansı qazanmış olacaqlar. Lotereyanın uduş fonduna daxil olan əsas hədiyyə 1 ədəd 2 nəfərlik səyahət paketindən ibarətdir. Səyahət paketinə Avropa şəhərlərinin birinə gediş-dönüş uçuş bileti, transfer xidməti və oteldə 5 günlük istirahət daxildir. Səyahət paketini qazanacaq müştəriyə 500 manat dəyərində pul mükafatı da təqdim olunacaq. Digər hədiyyələr isə 8300 manat həcmində nağd pul vəsaitindən və 9500 manat dəyərində “Bolkart” ballarından ibarətdir.
Lotereyanın qalibləri noyabrın 30-da kompüterdə bank tərəfindən yaradılmış xüsusi proqram təminatı vasitəsilə keçiriləcək təsadüfi seçim əsasında müəyyən olunacaq.
Lotereya şərtləri və daha ətraflı məlumatla “Bank of Baku”nun 145 Məlumat Mərkəzi ilə əlaqə saxlamaqla və ya rəsmi facebook səhifəsinə https://www.facebook.com/bolkart daxil olmaqla tanış olmaq olar.