MƏDƏNİYYƏT


Bao Lijun: Ümid edirəm ki, festivalın Şuşada təşkil olunması ənənə halını alacaq

Şuşa, 7 may, AZƏRTAC

Şuşa çox gözəl şəhərdir. Lakin təəssüf ki, şəhərdə dağıntıların olması çox üzücüdür. Buna baxmayaraq, şəhərin simasındakı tarixiliyi və özünəməxsusluğu sezməmək mümkün deyil. Burada aparılan bərpa və yenidənqurma işləri sürətlə davam edir. Hiss olunur ki, şəhər tezliklə öz əvvəlki görkəmini və tarixiliyini bərpa edəcək.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində çinli kulinar Bao Lijun söyləyib.

O söhbətinə davam edərək deyib: “Qarabağ mətbəxi haqqında çox eşitmişəm. Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalı zamanı həmin mətbəxin gözəl nümunələrini gördüm. Doğrudan da çox gözəl və dadlı mətbəxiniz var. Qarabağ mətbəxinin isə yeri ayrıcadır. Ona görə də düşünürəm ki, festivalın burada keçirilməsi təsadüfi deyil. Ümid edirəm ki, festivalın Şuşada təşkil olunması ənənə halını alacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.